|
|
|
Qafqaz Universitetində əməkdaşımızın yubileyi qeyd olunub |
|
|
|
Dekabrın
27-də Qafqaz Universitetində qəzetimizin şöbə
redaktoru, əməkdar jurnalist Yusif Əliyevin
anadan olmasının 60 illiyi ilə əlaqədar yubiley
tədbiri keçirilib. Mərasimi açan universitetin
rektoru, professor Ahmet Saniç yubilyarı təbrik
edib onun pedaqoji mətbuatdakı uzun illik
fəaliyyətindən söz açıb. Y.Əliyevin on beş ildən
bəri Qafqaz Universiteti ilə əməkdaşlıq
əlaqələri saxladığını, bu təhsil ocağının tədris
həyatında, keçirdiyi çoxsaylı tədbirlərdə
yaxından iştirak etdiyini qeyd edən rektor, onun
qələmindən çıxan yazıların jurnalist
sənətkarlığı baxımından seçildiyini, pedaqoji
mətbuatda təhsili yaxşı bilən bir jurnalist kimi
tanındığını vurğulayıb. Bildirib ki, yüksək
peşəkarlığı və insani keyfiyyətləri ilə
universitet kollektivinin hörmətini qazanmış
Y.Əliyevin bu ali təhsil ocağının respublika
ictimaiyyətinə tanıdılmasında, uğurlarının
təbliğində də böyük əməyi vardır. Rektor
çıxışının sonunda Azərbaycan pedaqoji
jurnalistikasının inkişafındakı xidmətlərinə,
informasiya cəmiyyətinə verdiyi töhfələrə və
universitetlərinin tədris həyatında fəal
iştirakına, eləcə də anadan olmasının 60 illiyi
ilə əlaqədar Y.Əliyevin Qafqaz Universitetinin
plaketi ilə təltif olunduğunu bildirib və
mükafatı əməkdar jurnalistə təqdim edib.
Görüşdə söz alan Y.Əliyev ona göstərilən diqqətə
və haqqında deyilən xoş sözlərə görə Qafqaz
Universitetinin rəhbərliyinə, rektor A.Saniçə öz
minnətdarlığını bildirib.
"Azərbaycan müəllimi" |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|