Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - �51

 

"Gənc Proqramçılar Məktəbi" yenidən fəaliyyətə başladı

 

Ölkəmizdə informatika və İKT-nin elmi-nəzəri əsaslarının, müxtəlif problemlərinin, onların həlli yollarının araşdırılması, inkişaf perspektivləri və meyillərinin müəyyən edilməsi, o cümlədən informatika elminin inkişafında dəyərli töhfələrini verən AMEA İnformasiya Texnologiyaları İnstitutunda İT ixtisasları üzrə peşəkar mütəxəssis hazırlığı məsələlərinə xüsusi önəm verilir. Gənc nəslin yeni cəmiyyətin tələblərinə uyğun olaraq formalaşması, yeni biliklərin əldə edilməsi, bir sözlə, milli kadr hazırlığı siyasətinin uğurla həyata keçirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.

İnstitutda İT dünyasının aparıcı qüvvələrindən hesab olunan gənc proqramçılar ordusunun yetişdirilməsi məsələlərinə də xüsusi diqqət yetirilir. Proqramlaşdırma, proqramlaşdırma dilləri ilə bağlı tədrisin aparılması, ölkədə proqram istehsalı, milli İKT məhsullarının hazırlanması, proqram mühəndislərinin yetişdirilməsi, ümumiyyətlə proqram sənayesinin inkişaf etdirilməsi sahəsində kompleks işlərin həyata keçirilməsi, bu işlərə dəstək verilməsi institutun başlıca hədəflərindəndir. Bu məqsədlə İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin nəzdində İnfoMAS İctimai Birliyi (İnformasiya Texnologiyaları Mütəxəssisləri Assosiasiyası) ilə birgə bu sahənin inkişafı məqsədlərinə xidmət edən "Gənc Proqramçılar Məktəbi" yaradılıb. Mərkəzin rəhbəri Bakı Dövlət Universitetinin dosenti, fizika-riyaziyyat elmləri namizədi, Təhsil Nazirliyi Elmi-Metodik Şurasının "İnformatika və kompüter texnologiyası" bölməsinin sədri, beynəlxalq informatika olimpiadalarında Azərbaycan komandasının rəhbəri Ramin Mahmudzadədir.

Qeyd etmək lazımdır ki, Ramin Mahmudzadə hələ 1970-ci illərin əvvəlində məktəblilər üçün ilk proqramlaşdırma sinifləri yaradıb (Bakı şəhəri 164  və 134 nömrəli orta məktəblərdə). 80-ci illərdə isə indiki Bakı Dövlət Universitetində "Gənc Proqramçılar Məktəbi" yaradıb və 5 il həmin məktəbin işinə rəhbərlik edib.

Alim və yüksək ixtisaslı proqramçıların rəhbərliyi ilə proqramlaşdırma üzrə yeni biliklərin tədrisi, bilik və savadın təkmilləşdirilməsi, informatika elminə maraq və həvəs göstərən gənclərlə, həmfikirlərlə birgə öyrənmək və yaradıcı işlə məşğul olmaq, mütəxəssislərlə real interaktiv ünsiyyətin qurulması, o cümlədən Azərbaycanın beynəlxalq müsabiqələrdə layiqli təmsil olunması üçün peşəkar proqramçıların yetişdirilməsi "Gənc Proqramçılar Məktəbi"nin əsas hədəflərindəndir.

"Gənc Proqramçılar Məktəbi"nə qəbul V-VIII siniflərdən başlayır. Lakin yuxarı sinif şagirdləri və tələbələrin də müraciət etməsinə məhdudiyyət qoyulmayıb.

Bu gün əmək bazarında böyük tələbatın olduğu və daha çox dəyər verilən proqramçılıq peşəsinin incəliklərinə bələd olmaq üçün bu sahənin mənimsənilməsinə kiçik yaşlarından başlamaq lazımdır. Adətən valideyn və uşaqlar peşə seçimi haqqında yuxarı siniflərdə düşünməyə başlayırlar. Proqramçılıq peşəsi ilə tanışlıq, alqoritmik təfəkkürün inkişaf etdirilməsinə 12-13 yaşlarından başlamaq daha məqsədəuyğundur. Mütəxəssislər proqramçılığın təkcə İT sahəsində deyil, istənilən sferada  səmərəli nəticələrin, uğurun əldə edilməsində mühüm rol oynadığını bildirirlər. Belə ki, bu sahədə əldə edilən bilik və bacarıq düzgün və operativ qərarların qəbulu baxımından mühüm əhəmiyyət kəsb edir.

Məktəbdə şagirdlərin hazırlığı üçün hər cür şərait yaradılıb. Dərs otaqları qabaqcıl informasiya texnologiyaları, e-lövhə və s. zəruri texniki avadanlıqlarla təchiz olunub, o cümlədən İnternetə yüksək sürətli çıxış imkanları təmin olunub.

Əsas devizi "Proqramlaşdırmanı öyrənmək üçün proqramlaşdırmaq lazımdır" olan məktəbə qəbul isə seçim əsasında aparılır. Gələcəyin proqramçısı, ilk növbədə, məntiqi və riyazi təfəkkür qabiliyyətinə malik olmalıdır ki, ilkin mərhələdə də məhz bu bacarıqlar yoxlanılır.    İlkin qruplara qəbul olunmaq üçün informatika və proqramlaşdırma sahəsində biliklər tələb olunmur. Tədris kursu çərçivəsində şagirdlərə proqram təminatlarını evdə quraşdırmaq üçün əlavə materiallar da verilir. Məlumat üçün bildirək ki, hazırda məktəbdə C++, Java, Piton proqramlaşdırma dillərinin tədrisi üçün qrup yığılır.  

Ülviyyə RZAYEVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov