Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - 51

 

"Ümumi təhsildə kurikulum islahatı və onun idarə olunması" ilə bağlı seminarlar keçirilib

 

15-26 dekabr tarixlərində Gəncə şəhərində, Şəmkir, Ağstafa, Qazax, Samux, Goranboy və Göygöl rayonlarında təlimlər keçirilib. Təhsil Nazirliyi tərəfindən "Ümumi təhsildə kurikulum islahatı və onun idarə olunması" layihəsi çərçivəsində həyata keçirilən "Fənn kurikulumlarının tətbiqi sahəsində təhsil işçilərinə peşəkar səviyyəli metodik köməkliyin təmin olunmasına xidmət edən təlimçilər qrupunun hazırlanması üçün öyrədici treninqlər" Dünya Bankının dəstəyi ilə keçirilib.

Təlimlərə Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun, Azərbaycan Müəllimlər İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütəxəssisləri cəlb olunublar.

10 gün davam edən təlimlər müasir təhsillə bağlı yanaşmalar, fənn kurikulumlarının strukturu və məzmunu, müasir kurikulumlar və yeni təlim strategiyaları, ümumi təhsil sistemində yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi, yeni dərsliklərlə və əlavə resurslarla  işin xüsusiyyətləri, dərslərin təhlil edilməsi mexanizmi, məzmun islahatlarının həyata keçirilməsində hər təhsil işçisinin məsuliyyət və vəzifələri bölmələrini əhatə edib. Hər bölmənin sonunda iştirakçılar ənənəvi və müasir təlimin xüsusiyyətlərinin təhlilini aparıb, ümumi və fərqli cəhətləri araşdıraraq fəal təlimin üstünlüklərini müəyyənləşdiriblər.

Seminarda illik fəaliyyət planının hazırlanması, kurikulum islahatının tələblərinə uyğun və nəticəyönümlülük xüsusiyyətlərinin real təlim-tərbiyə prosesində reallaşdırılması məsələləri müzakirə olunub. Bu baxımdan məktəb rəhbərlərinin qarşısına qoyulan tələblər müəyyən edilib, seminar iştirakçılarının əldə etdikləri bilik və bacarıqlar qiymətləndirilib. 

Elxan CƏFƏROV,
Təhsil Problemləri İnstitutu İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin koordinatoru,
 aparıcı elmi işçi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov