Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - 51

 

 Mingəçevirdə kurikulumla bağlı "dəyirmi masa"

 

Məlum olduğu kimi, 2012-2013-cü tədris ilindən etibarən respublikanın ümumi təhsil müəssisələrinin V siniflərində işləyəcək müəllimlər yeni fənn kurikulumları tətbiq edəcəklər. Ümumi təhsil sistemində həyata keçirilən məzmun islahatları, yəni yeni fənn kurikulumlarının qiymətləndirmə sisteminin tətbiqi bu sahədə çalışan müəllimlərin bilik səviyyəsinin daha da artırılması ən aktual mövzulardan birinə çevrilmişdir. Bununla bağlı hazırda ölkəmizin təhsil sistemində böyük işlər görülür. Yaranmasından az müddət keçməsinə baxmayaraq bir çox uğurlar əldə edən Mingəçevir şəhər Texniki-humanitar liseyində bu günlərdə keçirilən "dəyirmi masa"da da kurikulum sahəsində görülən işlərdən, bu yeniliklərin şagird və valideynlərə necə çatdırılmasından bəhs edilmişdir.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, respublika Kurikulum Mərkəzinin əməkdaşları, qonşu rayonların məktəb rəhbərləri, habelə Mingəçevir şəhərinin ibtidai sinif müəllimləri iştirak edirdilər.

Tədbir başlamazdan əvvəl iştirakçılar ayrı-ayrı müəllimlərin dərslərində iştirak etdilər, fənn kabinetlərində oldular, şagirdləri sorğu-suala tutdular. Yeni təlim texnologiyaları sahəsində görülən işlərlə tanışlıq qonaqlarda xoş təəssürat yaratdı.

Tədbir akt zalında başladı. "Dəyirmi masa"nı açan məktəbin direktoru, respublikanın əməkdar müəllimi Sahib Məmmədov təhsildə aparılan islahatlardan, görülən işlərdən danışaraq bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət, təhsilimizə olan diqqət və qayğısı bizi daha yaxşı işləməyə, qarşımıza qoyulan vəzifələri layiqincə yerinə yetirməyə ruhlandırır.

Bildiyiniz kimi, Azərbaycanın ümumtəhsil məktəblərində həyata keçirilən yeni kurikulumların tətbiqindən 4 il keçir. Bu tədris ilində ibtidai təhsil pilləsi üzrə bu mühüm işə yekun vurulur. Bunun üçün tərəfimizdən xüsusi hazırlıq işləri aparılmış, əldə edilən nəticələrin qiymətləndirilməsi üçün tələb olunan əsas istiqamətlər müəyyənləşdirilmişdir. Milli standartlar əsasında qiymətləndirmə vasitələri hazırlanmışdır. Əldə olunan nəticələr ümumiləşdirilərək müəllim və valideynlərlə birlikdə geniş təhlil olunacaqdır.

Məktəbin direktor müavini, əməkdar müəllim Rayifə Mürşüdova qiymətləndirmə məsələləri üzrə görülən işlərdən, direktor müavini Sevda İsmayılova "İnformasiya və kommunikasiya texnologiyaları tətbiqi məsələsi"ndən, ibtidai sinif müəllimi Mahiyyə Məmmədli "Fənn kurikulumunun reallaşdırılması təcrübəsi"ndən danışdılar.

Sonra söz qonaqlara verildi. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin direktor müavini Sitarə Məmmədova, respublika Kurikulum Mərkəzinin əməkdaşı Orxan Soltanlı, Mingəçevir Şəhər Təhsil İdarəsinin rəis müavini Leysan Yusifov maraqlı təkliflərlə çıxış etdilər. Onlar bu sahədə liseydə görülən işlər, aparılan islahatlar barədə müşavirə iştirakçılarını məlumatlandırdılar, müəllimləri maraqlandıran və narahat edən məsələlərə aydınlıq gətirdilər.

Sonda liseyin direktoru Sahib Məmmədov müşavirə iştirakçılarına tədbirə qatıldıqlarına görə dərin təşəkkürünü bildirdi.  

M.NOVRUZOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov