Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - 51

 

Açıq birincilikdə şagirdlər bacarıqlarını nümayiş etdirdilər

 

Bakıdakı 28 nömrəli tam orta məktəbin  "Azəri" və "Qarabağ" komandaları arasında  31 dekabr  - Dünya Azərbaycanlılarının  Həmrəylik Gününə həsr olunan "Şən startlar" intellektual, əyləncəli  idman yarışı  keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru  Mehriban Əlizadə   əlamətdar bayram münasibətilə qonaqları təbrik etdi. M.Əlizadə ölkə başçısı  cənab  İlham Əliyev tərəfindən  idmana  göstərilən diqqət və qayğıdan  bəhs edərək, idmanın bütün sahələrində qazanılan  uğurlarından, əldə olunan nailiyyətlərin  günü-gündən artmasını diqqətə çatdırdı. Qeyd etdi ki, istər paytaxtımızda, istərsə də  regionlarda idmançılarımız üçün hər cür şərait yaradılıb. Məktəbdə böyüməkdə olan gənc nəslin fiziki tərbiyəsi, onların sağlam inkişaf etməsi diqqətdə saxlanılan ən ümdə məsələlərdəndir. Şagirdlər arasında keçirilən bugünkü yarışda uşaqlar istedad və bacarıqlarını nümayiş etdirəcəklər. 

Sonra Dövlət himni səsləndi."Azərbaycan" mahnısının  sədaları altında hər  iki  komandada  10 şagird olmaqla sıraya düzüldülər. Fiziki tərbiyə müəllimi Səriyyə Süleymanova  yarışın başlanmasına start verdi.

İki saat davam edən estafet yarışında  komandalar dözümlülük, cəldlik, çeviklik bacarıqlarını  fəal yerinə  yetirərək, müxtəlif idman  növləri üzrə oyun  nümayiş etdirdilər. "Azəri" komandası 28 xal toplayaraq qalib adını qazandı.

Münsiflər heyəti komandalar arasında keçirilən idman  yarışını yüksək dəyərləndirdi. Onlara, bütün idmansevərlərə  yeni-yeni  uğurlar arzuladı. Azərbaycan idmanının  şərəfini ləyaqətlə qoruyub saxlamağı, vətənə layiqli vətənpərvər  övlad olmağı tövsiyə etdilər. Müxtəlif yarışlarda  yeniyetmə  idmançılarımızı fəxri kürsünün ən yüksək pilləsində durmağa, vətənə qızıl, gümüş  və bürünc medallarla dönməyə, müxtəlif yarışlarda  bacarıq və məharətlərini  ustalıqla nümayiş etdirməyə çağırdılar.

Mərasimin  sonunda məktəbin direktoru Mehriban Əlizadə, müavini  Nərminə Aşurova komandalara  gələcək idman yarışlarında daha böyük qələbələrə imza atmağı, təhsil ocağının adını uca tutmağı arzuladılar.Tədbirin hazırlanmasında  əməyi olan  fiziki tərbiyə müəllimləri  Səriyyə Süleymanovaya və Xəyalə İbişovaya  təşəkkürlərini  bildirdilər. Qeyd etdilər  ki, torpaqlarımızın 20 faizi  işğal  altında  qaldığı  bir vaxtda təhsil ocaqlarında  idman  yarışlarının  keçirilməsi, yeniyetmələrin fiziki hazırlığının yüksək səviyyədə olması  vacib şərtlərdən biridir.

Sonda  " Şən startlar" üzrə 6-cı və 7-ci  sinif  şagirdləri arasında keçirilən  məktəbin açıq birinciliyində  qələbə  qazanan  komandanın üzvlərinə diplom və hədiyyələr təqdim olundu. 

Sifai SƏFƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov