Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - �51

 

Mədəniyyətimiz tarixilik və müasirlik kontekstində

 

Bu yaxınlarda Azərbaycan  Dövlət  Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar elm xadimi, filologiya  elmləri doktoru, professor Timuçin Əfəndiyevin "Mədəniyyətimizdə tarixilik və  müasirlik" adlı kitabı işıq üzü görüb. Kitabda milli teatrımızın, kinomuzun, musiqimizin, memarlığımızın,  muzeyşünaslığımızın inkişaf  yoluna  analitik  nəzər  salınır, həmin  sahələrdəki  mövcud  problemlər  çözələnir.

Hələ formalaşma mərhələsini yaşayan milli kulturologiya elminin sivilizasiyalararası inteqrasiyada funksiyası,  gələcəkdə  görəcəyi işlərin  istiqaməti  müəyyənləşdirilir. Kitabda mədəniyyətimizlə əlaqəli ən mühüm hadisələrin şərhi, ən vacib məqamların təhlili öz əksini  tapmışdır.

Çox əlamətdar  haldır ki, müəllif  mühakimələrində mentalitetimizlə  bağlı  bütün məsələlərə  düzgün  münasibəti aydın şəkildə özündə birləşdirən Heydər  Əliyev  ideyalarına əsaslanır, bu azman  və  əbədi mənbədən bəhrələnərək, bizi mədəniyyətimizin   inkişafının dönməzliyinə bir daha inandırır. Kitabın girişində ulu öndərin 1998-ci ildə Musiqili  Komediya Teatrının  yeni  binasının  açılışı zamanı üzünü  incəsənət  adamlarına  tutaraq  dediyi "Yaşasın  Azərbaycan  mədəniyyəti!" - ifadəsini  xatırladır.

Əsərdə  verilmiş hər  fikirdən  möhtərəm  Prezidentimiz  İlham  Əliyev cənablarına mədəniyyətimizə  göstərdiyi  diqqətə, qayğıya görə  bir ziyalı  minnətdarlığı duyulur. 

Professor Timuçin Əfəndiyevin "Mədəniyyətdə  tarixilik və  müasirlik" kitabı, sözsüz ki, zəruriliyə  köklənmiş daxili istəyin  bəhrəsidir. Bu görkəmli  alimi   qələmini  mənəvi  dünyamızdakı  problemlərin  həlli yollarından  bəhsə  yönəldən kimi  tanıyırıq. Ona görə  də  əsərləri ictimai  ab-havanın  necəliyindən, zamanın  axarındakı  dəyişmələrdən  asılı  olmayaraq  daim geniş  oxucu  auditoriyasının diqqət mərkəzində olur. "Rus dramaturgiyası və Azərbaycan teatrı", "Ukrayna  və Belarus  teatrı",  " XVIII əsr rus teatrı", "C.Cabbarlı və  romantik  dramlar", "Azərbaycan  dramaturgiyasında metodlar", "Azərbaycan  mədəniyyəti və incəsənəti"  kitabları, ölkə mətbuatında, xarici qəzetlərdə, məcmuələrdə  çap edilən  saysız-hesabsız məqalələri maraqla  qarşılanmaqla  yanaşı, tutarlı  vəsait, zəngin  mənbə  kimi  mütəxəssislərin müraciət, istinad yerinə  dönüb.

Bu dəfə də  onun belə bir  ağır  zəhmətə qatlaşmaqda  məqsədi gənclərin  mədəniyyətimizin tarixi, gerçək durumu və  sabaha  yolu  baxımından  məlumatlanmalarını,  yetərli bilik  əldə  etmələrinə xidmət edən metodik  ədəbiyyatlar, dərsliklər  aləminə  öz töhfəsini  vermək olub.  Eyni  zamanda kitabın ayrı-ayrı bölmələrində  işlədilən  "Mədəniyyətimizi   dünyada  tanıtmaq  kimi  qlobal bir  vəzifə" çağırışı  Heydər  Əliyev  Fondunun  bu sahədəki fəaliyyəti, üzərinə   götürdüyü  və  ardıcıl  olaraq  həyata keçirdiyi  böyük  missiya ilə üst-üstə düşür. Fondun  prezidenti,  Milli  Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun  xoşməramlı  səfiri, ölkəmizin  birinci xanımı Mehriban  Əliyevanın  rəhbərliyi  altında  maddi-mənəvi dəyərlərin  qorunmasını, təbliğini daha  da gücləndirmək  məqsədi  ilə  son illərdə  buraxılmış  kitablarla səsləşir.

Professor Timuçin Əfəndiyevin "Mədəniyyətdə tarixilik və müasirlik" əsəri irihəcmli, yetərincə  geniş  əhatəlidir. Haqqında söyləniləsi fikirləri bir yazıya sığışdırmaq  qeyri-mümkündür.Ona görə də   bələd olduğum  və fəaliyyətimlə  bağlı  məsələlərə  münasibət  bildirməklə  kifayətlənmək istəyirəm.

Birincisi, müəllif kitabında musiqi sənətinin eramızdan əvvəlki dördüncü-üçüncü minilliklərdən,  Qobustan qayalarındakı "Yallı"  rəqsinin  ifasını xatırladan  rəsmlərdən,   ibtidai musiqi aləti  sayılan  qavaldaşdan  başlayaraq, ən müasir sintez nümunələrinə qədər keçdiyi keşməkeşli yolun  təsvirini verir. Əsrlər boyu  tarixin  amansız sınaqlarına  tab gətirmiş  bu mətin  incəsənət  növünün inkişaf   mərhələlərini  zəngin faktlar əsasında tədqiq  edir. Timuçin  müəllim çox düzgün olaraq vurğulayır ki, dəfələrlə istilalar görmüş, əsrlər boyu acı olaylar  yaşamış  xalqımız  musiqisinə sevgisində tarixən  heç  bir qadağaya məhəl  qoymamış, aləti əlindən alınıb sındırılanda, dilinə qıfıl vurulanda  belə onu  ürəyində  pıçıldamış, ruhunun yaddaşında qoruyub saxlamışdır. Üstəlik,  Şərqdə aparıcı mövqedə olmuş klassik muğam-məqam sisteminin formalaşmasında  böyük  rol oynamışdır.

Müəllif  Azərbaycan  musiqisinin beynəlxalq  aləmə  çıxışının  eramızın birinci  minilliyinin  axırlarında baş verdiyini yazır. Bunu   ölkəmizin islam dünyasına daxil olması ilə əlaqələndirir, bəşəri şairimiz  Nizami Gəncəvinin əsərlərində  muğam oxunması ilə bağlı səhnələrin, həmin janrın  nəzəriyyəsinə  aid məlumatların  verilməsini  göstərir. Mülahizəsini möhkəm etmək üçün  bir neçə  yüzillik  sonra klassik  Şərq  musiqi elminin nüfuzlu  simalarına  çevrilmiş, onun universal nəzəriyyəsinin ən  yüksək zirvəsini yaratmış  Səfiəddin Urməvi, Əbdulqədir Marağayi kimi görkəmli alimlərin  məhz  azərbaycanlı olmalarını xatırladır.

Bu   fəsildə müəllif  oynaq   rəqs  melodiyalarımızın,  həzin  nəğmələrimizin, yanıqlı  mahnılarımızın  yaranma  tarixindən, təkmilləşmə   pillələrindən, vəhdətindən   kifayət  qədər  söz açaraq  məntiqi  ümumiləşmə  aparır. Aşıq  musiqisini,  nisbətən  gənc  klassik  Avropa üslubunu  səs  sənətimizin  inkişaf  qolları hesab   edir. Muğamatı isə  onun  bu  istiqamətlərindən  biri və  eyni  zamanda ana  xətti, əsas  daşıyıcısı  kimi  qiymətləndirir: "Muğam  Azərbaycan musiqi  təfəkkürünün  ən  ali və parlaq  yaradıcılıq  təzahürüdür. Öz  fəlsəfi-mənəvi  dərinliyi, orijinal  kompozisiyası  və təkrarolunmaz intonasiya inkişafı ilə seçilən  muğam  Azərbaycan  şifahi  ənənəli  professional  musiqisinin  irihəcmli  klassik  nümunəsidir".

Mövcud mənbələrə söykənən Timuçin  müəllim Azərbaycan xalqının  musiqi mədəniyyətinin ən  sürətli  inkişafının  XIV əsrdə  olduğunu  yazır, XIX əsri onun  intibah dövrü  adlandırır. İlk bədii-musiqili məclisin  Şuşada  Xarrat  Qulu tərəfindən təşkil edildiyini,  sonralar  həmin  bəsirətli  işi Mir Möhsün  Nəvvabın  yerinə yetirdiyini, nəticədə  Hacı  Hüsü, Məşədi İsi, Əbdülbağı Zülalov  (Bülbülcan), Keştazlı  Həşim,   Cabbar  Qaryağdıoğlu, Məşədi Cəmil Əmirov, İslam  Abdullayev, Seyid Şuşinski kimi  xanəndələrin  yetişib  püxtələşdiyini  bildirir. Azərbaycan  tarının atası Sadıqcanın   muğamlarımızı daha da zənginləşdirməsini,  onlara  yeni pərdələr, şöbələr  gətirməsini , Məşədi  Zeynal, Şirin Axundov, Qurban  Pirimov və başqa  sənətkarlara  ustad  qayğısı göstərməsini, şairə  Xurşidbanu  Natəvanın  yaratdığı "Məclisi-üns" cəmiyyətinin  poeziya  ilə həmahəng  olaraq  musiqişünaslığımızda oynadığı müsbət rolu qeyd  edir. Müəllif səs  sənətimizin  inkişafında  Şuşa ilə yanaşı, Bakı və  Şamaxı məktəblərinin  fəaliyyətini  də qələmə  alır. Bu şəhərlərdəki  musiqi məclislərinin təşkilatçıları - muğamın gözəl  bilicisi  Mahmud ağanın, öz dövründə  fikrinin  mütərəqqiliyinə  görə sayılıb-seçilən Məşədi Məlik Mansurovun  xidmətlərini  yüksək qiymətləndirir.     

Bunun ardınca  Timuçin  müəllim  iyirminci  yüzillikdə  Azərbaycan  musiqi sənətinin  keçdiyi şərəfli  yolu  elmi şəkildə işıqlandıraraq, onda yaşanan ən əlamətdar  hadisələri izləyə-izləyə  indiki səviyyəsinə   qədər gəlib çıxır, gözlərimiz  qarşısında zəngin  bir tarixin  canlı mənzərəsini  yaradır. Ölkəmizdə  dövlətin  həyata keçirdiyi  parlaq  mədəniyyət siyasəti  nəticəsində  baş verən  ən  son yenilikləri, beynəlxalq aləmdə qazanılan uğurları  oxucunun diqqətinə  çatdırır. "Müstəqil Azərbaycanın musiqi mədəniyyəti   xalqın  çoxəsrlik  tarixinə, irsinə  layiq  inamlı  yüksəlişini davam etdirir" - deyərək "Musiqi sənəti" fəslini bitirir. 

Timuçin  Əfəndiyevin  "Mədəniyyətdə tarixilik və müasirlik" kitabında ruhuma daha  yaxın  olan  ikinci  mövzu isə  özünün  rəhbərlik  etdiyi Azərbaycan  Dövlət Mədəniyyət  və  İncəsənət  Universiteti  haqqında  olan  qeydləridir. Çünki həmin  ali tədris müəssisəsində muğam  sənəti üzrə müəllim işləyirəm. Oradakı  sürətli  inkişafın,  günbəgün  sayı  artan  nailiyyətlərin  bilavasitə  şahidiyəm. Hörmətli professorun təvazökarlıqla  qələmə aldığı görülən  işlərin  mərkəzində  əslində  məhz onun  fədakarlığı  dayanır. Yüksək rəhbərlik  səriştəsi, təşkilatçılıq bacarığı hesabına  yaratdığı  möhkəm nizam-intizam, böyük nüfuzu sayəsində qurduğu sivil şərait universitetimizi  oxumaq  üçün  xarici ölkə  vətəndaşlarının  da can  atdığı  bir  mədəniyyət  ocağına  çevirib.

Professor  Timuçin  Əfəndiyevin  milli mənliyimizə  alqış gətirən  xidmətlərindən  istənilən  qədər  danışmaq  olar.  Bu məqaləni  yazmaqda  məqsədimiz  isə  sadəcə "Mədəniyyətdə  tarixilik  və  müasirlik" adlı yeni  kitabı  münasibəti  ilə görkəmli alimi  təbrik  etmək, belə bir  dəyərli  dərsliyə  görə ona minnətdarlığımızı  bildirməkdir. 

Ruzə  İBİŞOVA,
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin muğam
sənəti kafedrasının müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov