Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - �51

 

Balaca fidanların bayram şənliyi

 

Bakıdakı 69 nömrəli körpələr evi-uşaq bağçasında 31 dekabr - Dünya Azərbaycanlılarının  Həmrəylik Günü və  Yeni il bayramına həsr olunan  ədəbi-bədii, əyləncəli tədbir keçirildi. Bağçanın müdiri Solmaz Quliyeva balaca  fidanları  əlamətdar  bayram münasibətilə təbrik edib onlara cansağlığı, firavan həyat, ata-ana  nəvazişi ilə böyüməyi arzu etdi. Sonra söz şənliyin aparıcıları  Əminə və Elcana  verildi. Uşaqlar da öz növbəsində ana, vətən, torpaq, məktəb və Yeni  illə bağlı  öyrəndikləri şeirləri  balaca  dostlarına ərməğan etdilər. Aparıcılar   uşaqlarla birlikdə "Təzə il", "Gəl barışaq", "Bu gün bayramdır" şeirlərini  söylədilər.

"Kirpinin alması" nağılı əsasında Ayət, İlham, Əli, Mehti, Mədinə səhnəciklər nümayiş etdirdilər. Balaca fidanlar al-əlvan bəzədilmiş yolkanın ətrafında əl-ələ tutub dövrə vuraraq "Şaxta baba", "Yeni il", "Yolkamız", "Bayramınız mübarək" mahnısını  ifa etdilər. Abuzər, Asiya, Rafiq, Dilarə, Nigar, Elvira, Elmar, İnci, Nəcibə, Dilan, Murad, Selcan və Hüseyn  isə milli və dünya  rəqslərini məharətlə  ifa etməklə iştirakçıların alqışlarını qazandılar. Musiqi müəllimi  Umcahan Qocayevanın hazırladığı "Qar dənəcikləri", "Qış","Məzəli rəqs" və s. şən mahnılar uşaqlarda xoş ovqat yaratdı.

Şaxta babanın və Qar qızın gəlişi  alqışlarla qarşılandı. Şaxta  baba "sehrli çubuğu" ilə yolkanı işıqlandırdı. Onlar Yeni il bayramı münasibətilə  balaca dostlarını təbrik edib hədiyyələr verdilər. Özlərini möcüzələr aləmində hiss edən balaca fidanlar deyib-gülməkdən, şənlənməkdən doymurdular. Uşaqların nümayiş  etdirdikləri kompozisiyalar,  mahnılar, rəqslər, səhnəciklər, söylədikləri şeirlər, nağıllar, tapmacalar və  yanıltmaclar  şənliyi daha da  rövnəqləndirdi. Uşaqlar Şaxta baba və Qar qızla xatirə şəkli çəkdirməyi də unutmadılar.

Şənliyin  sonunda sevincini uşaqlarla bölüşən, onların bir-birindən maraqlı çıxışlarından məmnun qalan müdir Solmaz Quliyeva tərbiyə ocağında pərvazlanan  balaca fidanlara xoş və səmimi arzularını bildirdi. Qeyd etdi ki, bağçada istedadlı və bacarıqlı  uşaqlar çoxdur. Onların  bir çoxu riyaziyyat, rəsm, mahnı və rəqs nominasiyaları üzrə keçirilən müsabiqələrdə fəallıq  göstərərək fəxri  fərman və diplomlara layiq görülüblər. Sevindirici haldır ki,  Bakı şəhərinin məktəbəqədər tərbiyə müəssisələri  uşaqları arasında Respublika gününə həsr olunmuş "Balaca  bülbüllər" adlı mahnı müsabiqəsində ifa etdikləri mahnıların "Uşaq bağçalarında tərbiyə və təlim proqramı"nın tələblərinə uyğun seçildiyinə, ifa zamanı yüksək məharət, səhnə və geyim mədəniyyəti nümayiş etdirdiyinə görə bağçanın xor kollektivi  III dərəcəli diplomla təltif olunub. 

Sifai SƏFƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov