Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - �51

 

Soydaşlarımızın milli vəhdət günü qeyd olundu

 

Bu günlər hər yerdə bayram əhvali-ruhiyyəsi hökm sürür. Səbirsizliklə gözlədiyimiz yeni ildən bizi təqvimin bir neçə yarpağı ayırır. 31 dekabr həm də planetin müxtəlif guşələrinə səpələnmiş azərbaycanlıların milli vəhdət günü - həmrəylik günü olduğu üçün soydaşlarımız tərəfindən əlamətdar bir tarix kimi qeyd edilir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra əldə etdiyimiz ən böyük uğurlardan biri də xaricdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin ölkəmizlə əlaqələrinin daha da möhkəmlənməsi, dünya azərbaycanlıları arasında birliyə və həmrəyliyə nail olmağımızdır.

Hamımız üçün əziz olan bu gün münasibətilə təhsil müəssisələrində keçirilən rəngarəng tədbirlərdən biri də dekabrın 28-də  164 nömrəli tam orta məktəbin IV "c" sinfində oldu. Mən və şagirdlərim bu tədbirə çox ciddi hazırlaşmışdıq. Bu mövzuda divar qəzeti və "Azərbaycan - ana vətən" adlı zəngin materiallarla tərtib olunmuş fotostend hazırlamışdıq. Bir müddət öncə uşaqlara  31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı rəsm çəkməyi tapşırmışdım. Onların ən yaxşılarını seçib bu tədbirə aid sərgi təşkil etmişdik.

Həmişə olduğu kimi, mərasim bayramsayağı bəzədilmiş sinif otağında Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə açıldı.

Mən bu günün yaranması zərurəti və qeyd olunması ilə bağlı məlumatı şagirdlərin diqqətinə çatdıraraq bildirdim ki, ulu öndərimiz Heydər Əliyevin irəli sürdüyü təşəbbüs nəticəsində 20 il əvvəl təsis edilən bu əziz bayram dünyadakı bütün soydaşlarımızın qəlbini Vətən hərarəti ilə isidir və müstəqil Azərbaycan dövlətinə məhəbbət hissi aşılayır. Bu gün dünyada 50 milyona yaxın azərbaycanlı yaşayır. Azərbaycanın qərib ellərdə məskunlaşan övladları sərhədsiz dünyamızın harasında olursa-olsun, yenə Vətən deyir. Vətən onun müqəddəs adını dünyada tanıdan övladlarının əməllərində yaşayır. Təbii ki, Azərbaycanın gələcək inkişafı dünyanın müxtəlif ölkələrinə səpələnmiş hər bir azərbaycanlının qazandığı uğurlardan da çox asılıdır. Elə buna görə də hansı ölkədə yaşamalarından asılı olmayaraq həmvətənlərimiz dövlət müstəqilliyimizin qorunub möhkəmlənməsi barədə düşünməli və bunun üçün əllərindən gələni etməlidirlər.

Sonra dördüncülər şeirlər, mahnılar, rəqslər və səhnəciklərlə əvəzlənən maraqlı bədii proqramla çıxış etdilər. İlkin, Rafael, Əli, Vüqar, İsmayıl, Nəzrin, Selcan, Elçin, Alışan, Zərifə və başqaları "Ucal, Azərbaycan", "Bayraq", "Bu Vətən kimin", "Anamızdır Azərbaycan", "Odlar Yurdu", "Birləşsin əllərimiz" və s. şeir və mahnıları çox  məharətlə ifa etdilər.

"Azərbaycanlılar və azərbaycançılıq" adlı ədəbi-bədii kompozisiyanı təqdim edən şagirdlərin çıxışlarında belə bir fikir ifadə olundu ki, müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlılar üçün doğma Vətəndir. Hansı ölkədə yaşamasından asılı olmayaraq azərbaycanlılar öz ana dillərini, dinini, milli adət və ənənələrini heç zaman unutmamalıdırlar. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik Azərbaycan kimi vətəni var. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi müstəqil bir dövlət durur.

Tədbirdə Yeni il mövzusunda da şeir və mahnılar səsləndi, rəqslər ifa olundu.

Bütün tədbir boyu informasiya-kommunikasiya texnologiyaları vasitələrindən geniş istifadə edildi.

Tədbirin sonunda dördüncülər öz arzularını səsləndirdilər: "Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən tarixi köklərimiz, milli mənəvi dəyərlərimiz, milli mədəniyyətimizdir - ədəbiyyatımız, incəsənətimiz, musiqimizdir, xalqımıza mənsub olan adət-ənənələrimizdir".

Bayram şənliyi "Azərbaycanım, şöhrətim-şanım" mahnısının sədaları altında IV "c" sinif şagirdlərinin ifasında məğrurluq və birlik rəmzi olan "Yallı" rəqsi ilə başa çatdı. 

Məlahət HƏSƏNOVA,
164 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov