Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - �51

 

Bu il ilk dəfə müəllimlik fəaliyyətinə başlamışam

 

Yola salmağa hazırlaşdığımız 2011-ci il mənim bioqrafiyama əmək fəaliyyətinə başladığım ilk il kimi düşüb. Mən məhz bu ildə ilk dəfə əlimə jurnal alıb sinfə qədəm qoymuşam.

Müəllim olmaq, bu şərəfli ada yiyələnmək həmişə ən böyük arzularımdan biri olub. Bu il müəllim olmaq üçün mənə çox böyük bir şans verildi. Təhsil Nazirliyinin müəllimlərin mərkəzləşdirilmiş imtahan vasitəsi ilə işə qəbulla bağlı elanı ilə tanış oldum və özümü imtahanda sınamaq qərarına gəldim. İmtahanda iştirak etdim və lazım olan nəticəni göstərərək Bakı şəhər, Xəzər rayonu E.Şəmiyev adına 149 nömrəli orta məktəbə tarix müəllimi vəzifəsinə sahib oldum.

Hazırda işlədiyim E.Şəmiyev adına 149 nömrəli tam orta məktəb Xəzər rayonunda nümunəvi məktəblərdən biridir. Məktəb son illərdə əsaslı təmir edilmiş və ən müasir təhsil texnologiyaları ilə təchiz olunmuşdur. Məktəbin direktoru R.Baxşıyeva burada gözəl şərait yaratmışdır, məktəbdə ciddi nizam-intizam hökm sürür, hər kəs öz işini vicdanla yerinə yetirir. Hər il məktəbimizin məzunları yüksək nəticələr göstərərək Azərbaycanın müxtəlif ali və orta ixtisas məktəblərinə daxil olurlar. Məktəbin şagirdləri respublika səviyyəli bilik yarışlarında yüksək nəticələr göstərirlər.  Məktəbdə dərslər interaktiv metodlarla tədris edilir.

Bu məktəbə daxil olarkən necə bir kollektivlə və şəraitlə rastlaşacağım məni çox düşündürüdü. Lakin məktəbdə işə başladığım ilk gündən bu narahatlığın əsassız olduğunu anladım. Çünki məktəb rəhbərliyindən və müəllim kollektivindən özümə qarşı isti bir münasibət gördüm. İlk dəfə məktəbdə çalışdığım üçün bilmədiyim məsələlərlə bağlı direktor müavinlərindən və təcrübəli müəllim yoldaşlarımdan məsləhətlər alırdım. Onlar da öz növbəsində səbirlə mənə hər işdə kömək edirdilər. Bütün bunları gördükdən sonra bu məktəbə bağlanmaq mənim üçün çətin olmadı.

İndi artıq 4 aydır ki, bu işdə çalışıram, amma özümü sanki uzun illərdir bu məktəbdə işləyirmiş kimi hiss edirəm. Məktəbin ictimai həyatında yaxından iştirak etməyə, ümumi mənafe naminə əlimdən gələnləri əsirgəməməyə çalışıram.

Sonda qarşıdan gələn yeni, 2012-ci il münasibəti ilə bütün müəllim həmkarlarımı təbrik edir, onlara yeni-yeni tədris nailiyyətləri arzu edirəm. 

Elşad ƏLİYEV,
Bakı şəhəri 149 nömrəli tam orta məktəbin tarix müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov