Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - 51

 

"Bu il mən dünya çempionu oldum"

 

Bayram İdris oğlu Səmədov  1996-cı ildə Masallı rayonunda anadan olub. O,  7 yaşından idmanın qaydasız döyüş növü ilə AHİTA idman zalında məşğul olur.  Bakının Nərimanov rayonundakı 45 nömrəli tam orta məktəbin IX sinif şagirdidir. Uşaq yaşlarından idmana böyük həvəs göstərən Bayram təcrübəli məşqçi müəllim Azad Əsgərovun yetirməsidir. O, 2008-2009 - cu illərdə Azərbaycan çempionu, 2010-cu ildə isə Dağıstanın Mahaçqala şəhərində keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb. Onun ən böyük uğuru 2011-ci ildə Macarıstanın Tomasi şəhərində 30-a yaxın ölkənin iştirakı ilə keçirilən dünya çempionatında bütün yarışlarda qələbə qazanaraq I yerə çıxması olub.

Bayram Səmədovun dediklərindən:

-Sevinirik ki, ölkəmiz bütün sahələrdə olduğu kimi idman sahəsində də dünya ölkələri içərisində öz sözünü deyir. İdmançılarımız dünya arenalarında ölkəmizi layiqli təmsil edirlər. Xoşbəxt bir xalqıq ki, bizim gənc və yeniyetmələrimiz pis vərdişlərə deyil, məhz idmana maraq göstərirlər.  Məndə idmana marağı idmançılarımızın parlaq qələbələri oyatdı. Arzu edirdim ki, mən də onlar kimi ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edim, üçrəngli bayrağımızı zirvələrə ucaldaraq himnimizi səsləndirim. Mənə elə gəlir ki, idmançı üçün bundan əziz heç nə ola bilməz.

2011-ci il mənim həyatımda çox düşərli və uğurlu oldu. Bu ildə mən dünya çempionu oldum. Fürsətdən istifadə edib qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqımızı təbrik edirəm. Arzu edirəm ki, 2012-ci il xalqımıza yola saldığımız ildən yaxşı uğurlu il olsun. Düşmən tapdağı altında olan torpaqlarımız tezliklə geri qaytarılsın.  

Rəşad ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"İdman" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov