Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - �51

 

İbtidai təhsil pilləsində oyunların əhəmiyyəti

 

Biz hamımız nə vaxtsa uşag  olmuşuq. Uşaqlıq dövründə ən çox nə ilə məşğul olmaq istəmişik? Əlbəttə ki, oynamaqla! Biz hər gün müxtəlif oyunlar  fikirləşirdik, tapırdıq. Özümüz də bilmədən bu oyunları fikirləşib tapdıqca, oynadıqca, həm də inkişaf  edirdik. Yəni biz aləmi oynayaraq dərk edirdik və bu, bizim xoşumuza gəlirdi.

Müasir təhsilin ən əsas prinsipi - hər uşağa individual yanaşmaqdır. Oyun isə bu cəhətdən müəllim üçün əvəzolunmaz köməkçidir. Oyunlar ibtidai siniflərdə mütləqdir. Belə ki, oyun çətini  asan, darıxdırıcını isə maraqlı  edir.

XX əsrin görkəmli dahilərindən biri  Yoxan  Heydinq  "oynayan insanı"  məhz "dərk edən" insan adlandırırdı. Doğrudan da yerində tətbiq olunan  oyun  uşaqların dərketmə qabiliyyətini artırır.

Oynayaraq uşaqlar diqqətini, yaddaşını, məntiqi düşüncələrini genişləndirirlər. Onlar  bir-birləri  ilə təmas qurur, digər uşaqların  fikrini  eşitməyi öyrənirlər.

Məktəbəqədər dövrdə uşaqlar və onların valideynləri oyunu adi bir hal kimi qəbul edirlər. Uşaq  məktəbə gedir və  ondan  təhsildə nailiyyət gözləyirlər. Burada "birincilər" həyatı təmiz vərəqdən başlayan insana bənzəyirlər. Bu prosesi asanlaşdırmaq müəllimin borcudur. Köməkçi kimi isə  oyunlardan geniş istifadə etmək  olar. 

Uşağın  mövzunu  dərk  etməsi  üçün  əsas  şərtlərdən  biri  odur  ki, dərs maraqlı və yaddaqalan  olmalıdır. O, bu prosesə qarışmaq, iştirak etmək istəməlidir. Müəllim uşağın gözündə təlimçi yox, yoldaş olmalıdır.  Bunların  hamısını isə oyun zamanı həyata keçirmək mümkündür. Belə halda uşaqlarda təhsilə maraq, kollektivdə işləmək bacarığı, yoldaşlarını eşitmək, özünə  güvənmək kimi  xüsusiyyətlər formalaşır.

Lakin  müəllim  dərk etməlidir ki, oyun əsas yox, köməkçi vasitədir. Oyundan yeni mövzunu  başa salanda da, təkrar  edəndə  də, əldə  olunan bilikləri inkişaf  etdirəndə  də  istifadə  etmək  olar.

Düzdür, oyun   zamanı  tez-tez  səs-küy  olur. Mən  bu  səs-küyü çox  sevirəm. Bu səs emosiyaların qaynadığını, dərketmə dərəcəsinin yüksəldiyini, mövzuya  marağın  artmağını göstərir. Oyun dərsi  darıxdırıcı  bir  prosesə  çevrilməyə   qoymur.

Bu prinsipdən  çıxış  edib, mən öz dərsimi oyunlar üzərində qururam və hər dərsdə bir və ya bir  neçə oyun həyata keçirirəm.

Məsələn, ana dili dərsində  biz tez-tez "Cümlə qur" oyununu oynayırıq. Oyunun şərti belədir: ayrı-ayrılıqda  bir  neçə  cümlələrin  əvvəli və  davamı  verilir. Cümlələrin  əvvəlinə  uyğun olan davamını tapıb, cümləni qurmaq lazımdır. Uşaqlar əvvəl səhvə yol  versələr  də, sonra oyunun  şərtlərinə riayət edərək daha sərbəst cümlə qururlar.

Yazı dərsində uşaqlar "Sözü tap" oyununda sözləri tapmalıdırlar. İlk baxışda bu oyun çox sadədir. Verilən sözlərdə hecaların və yaxud hərflərin yerini dəyişməklə  şagirdlər sözlər qururlar. Bu isə  şagirdlər tərəfindən hərfləri yaxşı  tanımaq, böyük diqqət tələb  edir.

Riyaziyyat dərsini mən ümumiyyətlə, oyunsuz təsəvvür etmirəm. İndiki  dövrdə, hər cür texniki vasitələrin olduğu bir vaxtda, mən elektron vəsaitlərdən geniş  istifadə  edərək daha  çox  riyazi oyunlar  tərtib edir və  keçirirəm.

İşlədiyim    "Ankara məktəbi"  məktəb-liseydə   maraqlı  elektron dərs  qurmaq   üçün   müəllimlərə  lazım olan hər  cür  texniki şərait  yaradılıb. Bu texniki imkanlardan istifadə edərək daha çox oyun tərtib etmək olar.   Hər  mövzuya uyğun  bir oyun var: "Şən qatarı  doldur "(Sıra sayı), "Teremok", "Evcik" (ədədlərin tərkibi), "Çətirlər" (toplama və çıxma bacarıqları) və s. Bu oyunlar Microsoft Office Power Point, Mimio Studio proqramlarında yaradılmışdır. Əlbəttə, kompütersiz oyunlar da var, lakin uşaqları ekrandakı hərəkətlər, animasiya, səs effektlərı daha çox  cəlb edir və maraqlandırır.

Tədrisi yeni səviyyəyə qaldırmaq üçün yeni texnologiyalardan istifadə edərək yeni bir dərs  modeli qurmalıyıq. Və  bu prosesdə oyunun rolu danılmazdır. İnternet resurslarından istifadə edərək rəngarəng oyunlar vasitəsi  ilə  biz müəllimlər uşaqların dərs anlayışını dəyişməli, yeniləşdirməliyik.

Hər dəfə sabah üçün dərs hazırlayanda özüm uşaq aləminə baş çəkirəm və bu, məni daha da çox həvəsləndirir. Öz şagirdlərim üçün bir oyun fikirləşəndə uşaqlıq dövrünü bir daha yaşayıram.

Uşaqlar məndən hər dəfə  yeni bir oyun istəyirlər. Mən də bütün bilik və bacarığımı bu istiqamətə yönəldib, müasir texnikadan istifadə edərək uşaqlara bilik verməkdən həzz alıram. 

Sevinc MƏHƏRRƏMOVA,
"Ankara məktəbi" məktəb-liseyin ibtidai sinif müəllimi
 

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov