Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - 51

 

Fəal təlimlə aparılan dərs

 

Son illər məktəblərdə tədris prosesinin təşkilinə yeni yanaşmaların məhsulu olan fəal təlim geniş tətbiq olunur, müəllimlər müasir dərsə verilən tələbləri öz təcrübələrində yaradıcılıqla nəzərə alaraq bir-birindən maraqlı dərs nümunələrindən istifadə edirlər. Bakı şəhərindəki 23 nömrəli tam orta məktəbin rus bölməsi üzrə Azərbaycan dili müəllimi Təranə Mikayılova III sinifdə apardığı belə bir dərsin nümunəsini redaksiyamıza təqdim edib. Digər müəllimlər üçün də maraqlı olacağını nəzərə alıb həmin dərs nümunəsini dərc edirik: 

Fənn: Azərbaycan dili, III sinif.

Mövzu: "Bizim qəhrəmanlarımız" mətni. 

Məzmun standartları:

1.1.3. Dinlədiyi mətni hissələrə ayırır.

2.2.2. Müşahidə etdiyi əşya və hadisələri üçüncü şəxsin dili ilə təsvir edir.

3.1.2. Oxuduğu kiçikhəcmli mətnin məzmunu barədə məlumat verir.

4.1.1. Eşitdiyi sözləri və sadə cümlələri düzgün yazır.

Məqsəd:

- Sözləri cümlələrdən fərqləndirir.

- Mətnin məzmununu çatdırmağı bacarır.

- Sözləri düzgün tələffüz edir, oxuyur və yazır.

- Müzakirə aparmağı bacarır.

- Vətənə məhəbbəti, sevgisi barədə danışır.

Dərsin tipi: İnduktiv. Yeni bilik verən dərs.

İş forması:  Bütün  siniflə  iş,  kiçik  qruplarla iş.

İş üsulu: Əqli hücum, müşahidə.

Resurslar: Dərslik, DVD, şəkillər, iş vərəqləri.

Dərsin gedişi: Sinfin fəallaşdırılması: Uşaqlar Vətənlə bağlı şeir, atalar sözləri söyləyirlər. Kim daha çox məlumatlıdırsa, o, qalib hesab olunur.

Motivasiya: Lövhədə "Azərbaycan qəhrəmanlar ölkəsidir" ifadəsi yazılır, şagirdlərdən ifadə haqqında  fikir söyləmələri xahiş edilir. Cavablar dinlənildikdən sonra şagirdlərin çox yaxşı tanıdığı Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun şəkli lövhədən asılır (Məktəbimiz Milli Qəhrəman Tahir Həsənovun adını daşıyır).

Yardımçı sual: Vətəni kim qorumalıdır?

Tədqiqat sualı. Milli Qəhrəman adını kimlərə verirlər? Milli Qəhrəman adını necə qazanmaq olar?

Şagirdlərin cavablarını dinlədikdən sonra onlara Məsum İbrahimovun ifasında "Qarabağ" şikəstəsi səsləndirilir, şagirdlər mahnını dinlədikdən sonra Azərbaycan, Qarabağ, işğal olunmuş torpaqlarımız haqqında bildiklərini söyləyirlər.

Tədqiqatın aparılması. Kiçik qruplarla iş. Qrupları Vətənimizin işğal olunmuş bölgələrinin adları ilə adlandırıram. "Laçın", "Xocalı", "Ağdam", "Qubadlı". Həmin adları 4 dəfə təkrarlamaqla kağız zolaqlarda yazılır, şagirdlərə paylanır. Eyni qrup üzvləri müəyyənləşdirilir. Hər qrupa iş vərəqi təqdim olunur. Qruplarla işləmək, əməkdaşlıq qaydaları xatırladılır. Verilən vaxt dəqiqləşdirilir.

I qrup.

"Biz Vətəni nə üçün qoruyuruq?"

II qrup.

"Vətəni qorumaq azdır, onu candan əziz sevmək lazımdır"  

III qrup.

"Siz Vətəni necə qoruyardınız?"

IV qrup.

"Vətən sənin üçün nə deməkdir?", "Vətən" sözündən hansı yeni sözləri düzəltmək olar?

Məlumat mübadiləsi. Müzakirə.

Qrupların liderləri öz işlərini təqdim edirlər. İş vərəqləri lövhədən asılır. O biri qruplardakı şagirdlər onları dinləyir və əlavə suallar verirlər.

Qrupların işi meyarlar cədvəlində qiymətləndirilir.

Qiymətləndirmədən sonra "Bizim qəhrəmanlarımız" mətnini uşaqlar üzündən oxuyurlar. Mətn şagirdlər tərəfindən oxunduqdan sonra onlara aşağıdakı suallar verilir:

- "Yurdumuz qəhrəmanlar yurdudur" dedikdə nə başa düşürsünüz?

- "Torpağına, daşına

Qurbandır canım mənim"

ifadəsini necə izah edərdiniz?

Nəticə və ümumiləşdirmə. Vətən müqəddəsdir. Vətən doğmadır. Vətəni ana qədər sevmək lazımdır. Vətəni sevmək azdır, onu göz bəbəyi kimi qorumaq gərəkdir. Yurdumuz qəhrəmanlar vətənidir. Qəhrəmanlarımız vətəni qorumaq üçün canlarını qurban veriblər. Vətən yolunda ölənlər heç vaxt ölmürlər, onlar daim bizim qəlbimizdə yaşayırlar.

Qiymətləndirmə. Dərsdə fərqlənən şagirdlər qiymətləndirilir.

Ev tapşırığı. Mətni oxuyub öyrənmək. "Qəhrəmanlar unudulmur" mövzusunda fikirlərinizi yazın.   

Təranə MİKAYILOVA,
Bakı şəhər Tahir Həsənov adına
23 nömrəli tam orta məktəbin
Azərbaycan dili müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov