Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - 51

 

Riyaziyyat aylığına yekun vuruldu

 

Dekabrın 27-də Bakıdakı 13 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə riyaziyyat aylığına yekun vuruldu. Tədbirdə məktəbin müəllim-şagird kollektivi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Fəttah Quliyev, valideynlər və digər şəxslər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəfiqə Məmmədova iştirakçıları salamlayaraq qeyd etdi ki, məktəbdə ənənəvi olaraq müxtəlif fənlərin aylıqları təşkil olunur. Bu da həmin fənlərə olan marağı artırmağa, istedadlı şagirdləri aşkara çıxarmağa və tədrisin keyfiyyətini yüksəltməyə xidmət edir. Bildirdi ki, riyaziyyat aylığı ərzində divar qəzetləri, xüsusi bülletenlər buraxılmış, test və yoxlama yazı işləri vasitəsilə fənnin tədrisi vəziyyəti yoxlanılmışdır. Riyaziyyat müəllimləri Dilşad Bəşirova, Elmira Abdullayeva və Afaq Həsənovanın "acıq dərs"ləri keçirilmişdir.

Tədbirdə çıxış edən BŞTİ-nin məsləhətçisi Fəttah Quliyev bildirdi ki, dekabr ayı BŞTİ-nin tabeliyində olan ümumtəhsil məktəblərində riyaziyyat aylığı elan edilib. Belə tədbirlər şagirdlərin əqli inkişafına müsbət təsir edəcək. Aylıqda müxtəlif nominasiyalar üzrə seçimlər aparılacaq. Tədbirin təşkil olunmasında əməyi keçən hər bir şəxsə minnətdarlığını bildirən F.Quliyev pedaqoji kollektivə gələcək işlərində uğurlar arzuladı.

Digər çıxış edənlər də tədbirin əhəmiyyətindən söz açdılar.

Sonra şagirdlər tərəfindən hazırlanan rəqəmlərin və fiqurların dili ilə adlı şeirlər səsləndirildi, riyazi məsələlər və onların həlli nümayiş etdirildi. Tədbir məktəbin şagirdlərinin ifasındakı musiqi nömrəsi ilə başa çatdı. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov