Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - 51

 

Ümumtəhsil məktəblərində "Şahmat" fənninin tədrisi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 may 2009-cu il tarixli, 260 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı" ölkəmizdə bu qədim idman növünün kütləviliyinin təmin olunması, şahmat müəssisələri şəbəkəsinin getdikcə genişləndirilməsi və onların maddi-texniki bazasının gücləndirilməsi, bu sahədə yüksək peşəkarlıq səviyyəsinə malik mütəxəssis korpusunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın şahmat ölkəsi kimi nüfuzunun artırılması üçün böyük imkanlar açmışdır.

 Hazırda respublikamızın təhsil sistemində fəaliyyət göstərən 66 uşaq-gənclər şahmat məktəbinə 35 mindən artıq məktəbli cəlb edilmişdir. Dövlət Proqramının təsdiqindən ötən müddət ərzində həmin məktəblər Təhsil Nazirliyi tərəfindən müvafiq mebel, elektron şahmat saatları və şahmat fiqurları, nümayiş  lövhələri, televizor, kompüter və digər zəruri vəsaitlərlə təmin olunmuşdur.

2010-cu ildə uşaq-gənclər şahmat məktəblərinin yetirmələri respublika yarışlarında 28, Avropa və dünya birinciliklərində 15, müxtəlif beynəlxalq turnirlərdə 62 medal, 2011-ci ilin oktyabr ayınadək isə Avropa və dünya çempionatlarında 11 medal  qazanmışlar. 2010-2011-ci illərdə 18 nəfər idman ustalığına namizəd, 3 nəfər idman ustası hazırlanmışdır. Təsadüfi deyil ki, ölkə üzrə 22 nəfər beynəlxalq qrossmeysterdən 15-i, 14 nəfər beynəlxalq dərəcəli idman ustasından 7-si, beynəlxalq reytinqə malik və dünya reytinq cədvəlinə daxil olan 100 azərbaycanlı şahmatçıdan 79-u bilavasitə şahmat məktəblərinin yetirmələridir. Hər il ayrı-ayrı yaş qrupları üzrə keçirilən respublika birinciliklərində mükafata layiq yerlərin, Avropa və dünya miqyaslı yarışlara vəsiqələrin 80 faizdən çoxunu məhz şahmat məktəblərinin yetirmələri qazanmışlar.

Bütün bunlarla yanaşı, Dövlət Proqramına uyğun olaraq, ümumtəhsil məktəb şagirdləri arasında şahmatın geniş təbliğ edilməsi, mədəni səviyyənin yüksəlməsində mühüm rol oynayan bu idman növünə onların meyil və marağının gücləndirilməsi məqsədilə Beynəlxalq Şahmat Federasiyası, Azərbaycan Şahmat Federasiyası və Təhsil Nazirliyi arasında imzalanmış birgə memorandumda şahmatın ümumtəhsil məktəblərində tədris fənləri sırasına daxil edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar həmin fənnin tədris proqramının, müvafiq dərslik, dərs vəsaiti və metodik tövsiyələrin hazırlanması, 2012-ci ildən başlayaraq pilot layihə olaraq hər rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbinin 2-ci siniflərində şahmat dərslərinin tədris olunması qərara alınmışdır. Bu barədə qərar qəbul edilərkən şahmatın zehni fəaliyyəti, yaddaş və intellekti inkişaf etdirməsi, şagirdlərdə problem həlletmə, qətiyyətlilik, mübarizlik, soyuqqanlılıq, sağlam rəqabət kimi mənəvi keyfiyyətləri formalaşdırması, sağlam həyat tərzi keçirmələrinə zəmin yaratması, habelə dünyanın bir çox ölkələrində şahmatın bir fənn kimi artıq məktəblərdə tədris olunması və digər arqumentlər əsas tutulmuşdur.

Qeyd olunanları nəzərə alaraq   

ƏMR EDİRƏM: 

1. 2011-2012-ci dərs ilinin ikinci yarımilində rayon və şəhərlər üzrə seçilmiş pilot məktəblərin II siniflərində Təhsil Nazirliyinin 4 iyul 2011-ci il tarixli, 1207 nömrəli əmri ilə təsdiq olunmuş ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün tədris planlarına dair "Qeydlər"in 7-ci bəndində nəzərdə tutulan saat hesabına dərs cədvəlinə daxil edilməklə həftədə bir saat "Şahmat" fənni tədris edilsin.

2. "Şahmat" fənninin tədris proqramı, pilot məktəblərin və həmin fənn üzrə müəllimlərin siyahıları təsdiq edilsin (əlavə olunur).

3. "Şahmat" fənnini tədris edəcək müəllimlər üçün zonalar üzrə cari ilin dekabr ayında 2 günlük təlim kursu təşkil edilsin (təlim kursları keçiriləcək rayon və şəhərlərin siyahısı əlavə olunur).

4. Pilot məktəblərin fənn üzrə müvafiq avadanlıq və ləvazimatlarla təminatı "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı" çərçivəsində həyata keçirilsin. 

5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) təlim kurslarının təşkili və pilot məktəblərin şahmat siniflərinin avadanlıqlarla təmin edilməsi ilə bağlı xərclərin ödənilməsini "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın maliyyə təminatı üzrə nəzərdə tutulan vəsait hesabına həyata keçirsin.

6. Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması, Tərbiyə və məktəbdənkənar müəssisələr şöbələri (F.Qədirov, A.İbrahimov) tərəfindən "Şahmat" fənninin tədrisinin nəticələri dərs ilinin sonunda təhlil edilsin və rəhbərliyə məlumat hazırlansın.

7. Kənd rayonları üzrə ümumi təhsil, Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması, Tərbiyə və məktəbdənkənar müəssisələr şöbələri (A.Əhmədov, F.Qədirov, A.İbrahimov) şahmat fənninin tədrisi ilə bağlı rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) lazımi köməklik göstərsinlər.

8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan müəllimi" qəzetində dərc etdirsin.

9. Ümumi şöbə (X.Fərəcov)  bu əmrin əlavələrlə birlikdə çoxaldılaraq yerlərə göndərilməsini təmin etsin.

10. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
29 dekabr 2011-ci il

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov