Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - 51

 

Bakı Musiqi Akademiyasının  90 illik yubileyi qeyd edildi

 

Dekabrın 26-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bu təhsil ocağının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirildi. Tədbirdə nazirlər, dövlət adamları, millət vəkilləri, rektorlar, tanınmış ziyalılar, mədəniyyət və incəsənət xadimləri, musiqi təmayüllü təhsil müəssisələrinin nümayəndələri və KİV təmsilçiləri iştirak edirdilər.

Yubiley mərasimi Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə açıldı.

Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycan xalqının böyük oğlu Üzeyir Hacıbəylinin adını şərəflə daşıyan Bakı Musiqi Akademiyasının 90 illiyi münasibətilə kollektivin hər bir üzvünü təbrik etdi və bu gün onlarla bir arada olmasından məmnunluq duyduğunu bildirdi.

Bu günün, əslində Azərbaycan musiqisinin, incəsənətinin bayramı olduğunu vurğulayan təhsil naziri qeyd etdi ki, bu bayramı ikiqat təntənəli edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yubileylə bağlı imzaladığı sərəncamlardır.

Yubiley ərəfəsində ölkə Prezidentinin 20 dekabr 2011-ci il tarixli sərəncamları ilə Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 46 əməkdaşının müxtəlif fəxri adlar və "Tərəqqi" medalı ilə təltif olunduğunu, 2 nəfərin Prezident təqaüdünə layiq görüldüyünü deyən Misir Mərdanov ölkənin bütün təhsil ictimaiyyəti adından dövlət başçısına minnətdarlığını bildirdi.

Akademiyanın  binasının müasir tələblərə uyğun əsaslı təmir olunmasını ölkə Prezidentinin təhsilə, milli  mədəniyyətimizə göstərdiyi xüsusi qayğının təzahürü kimi dəyərləndirən nazir hazırda burada Azərbaycan musiqisini inkişaf etdirmək üçün hər cür şəraitin yaradıldığını söylədi. Misir Mərdanov qeyd etdi ki, akademiya fəaliyyət göstərdiyi 90 il ərzində bir çox dünya şöhrətli musiqiçilər yetirmiş, minlərlə yüksək ixtisaslı kadr hazırlamış, onun yetirmələri arasında saysız-hesabsız görkəmli musiqi xadimləri olmuşdur. Bu təhsil ocağına müxtəlif illərdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Əşrəf Abbasov, Cövdət Hacıyev, Soltan Hacıbəyov və başqaları rəhbərlik etmiş, 1991-ci ildən isə bu şərəfli, eyni zamanda çox məsuliyyətli vəzifəni professor Fərhad Bədəlbəyli yerinə yetirir.

Nazir çıxışının sonunda dahi Üzeyir bəyin yaratdığı ən böyük mədəniyyət məbədinin əməkdaşlarını bir daha təbrik edərək onlara möhkəm cansağlığı, ailə səadəti arzuladı. Tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək 2012-ci ilin bütövlükdə millətimiz və dövlətimiz üçün daha uğurlu və düşərli olmasını dilədi.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd etdi ki, dövlətimiz bu təhsil ocağına həmişə çox böyük diqqət və qayğı ilə yanaşıb. Çünki buranın yetirmələri Azərbaycan mədəniyyətinin, Azərbaycan incəsənətinin tarixini yaradanlardır. Məhz bu diqqətin sayəsində bu gün Azərbaycan mədəniyyəti hüdudları aşaraq dünya səviyyəsində tanınır. Mədəniyyət və Turizm Nazirliyi  və Bakı Musiqi Akademiyası arasında mövcud olan sıx əməkdaşlıq əlaqələrindən söz açan nazir təhsil müəssisəsinin çox böyük uğurlar qazanmağa qadir olduğunu vurğuladı. Ə.Qarayev akademiyanın Azərbaycanın müxtəlif bölgələrində çalışan və bugünkü mərasimdə iştirak edə bilməyən yetirmələrini də yubiley münasibətilə təbrik etdi, təqdimata, eləcə də binanın  əsaslı təmirinə görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirdi.

Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, professor Fərhad Bədəlbəyli hamını salamladı və "Üzeyir Hacıbəylinin ocağına xoş gəlmisiniz" dedi. Rektor təhsil ocağının yubileyinin dövlət səviyyəsində qeyd edildiyinə görə möhtərəm Prezidentə akademiyanın bütün professor-müəllim heyəti və tələbələri adından dərin minnətdarlığını bildirdi. F.Bədəlbəyli qeyd etdi ki, bu illər ərzində Bakı Musiqi Akademiyası Azərbaycanın musiqi sənətinə dahi bəstəkarlar, ifaçılar bəxş edib, görkəmli musiqişünas alimlər yetişdirib, beynəlxalq müsabiqələrdə ölkəmizin adını yüksəklərə ucaldıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə akademiyanın əməkdaşlarına verilmiş fəxri adların və medalların təqdimatı oldu.

Mərasim Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Kamera Orkestrinin konserti ilə başa çatdı. 

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov