Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - �51

 

Təhsil Nazirliyində mükafatlandırılma mərasimi

 

 Dekabrın 29-da Təhsil Nazirliyində ötən ilin yekunlarına əsasən uşaq-gənclər idman və şahmat məktəbləri, idmançılar, məşqçi-müəllimlər arasında keçirilən respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.

Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq bədən tərbiyəsi və idmanın inkişafını dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri kimi səciyyələndirib, qazanılan möhtəşəm uğurların ölkəmizdə idmançılara göstərilən qayğının nəticəsi olduğunu bildirib. Nazir ümummilli lider Heydər Əliyevin idman sahəsinin inkişafına həmişə diqqət və qayğı ilə yanaşdığını, bu ənənənin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

2011-ci ilin Azərbaycanın idman həyatında bir çox uğurlarla yadda qaldığını qeyd edən Misir Mərdanov bu nailiyyətlərin qazanılmasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman və şahmat məktəbləri yetirmələrinin xüsusi rolu olduğunu bildirib. Nazir idmanın şahmat və futbol növlərinin daha da inkişaf etdirilməsi üçün ölkə Prezidentinin sərəncamları ilə təsdiq olunmuş Dövlət Proqramlarının icrası istiqamətində görülmüş işlərdən söhbət açaraq 2011-ci ildə Ağcabədi, Quba, Xaçmaz və Ucarda şahmat məktəbləri üçün yeni binaların istifadəyə verildiyini nəzərə çatdırıb.

Cari ildə Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada bütün şahmat məktəblərinin müxtəlif mebel dəstləri, kompüter, kompüter avadanlıqları, texniki tədris vasitələri, digər zəruri avadanlıqlar və əyani vəsaitlərlə təmin edildiyini söyləyən nazir ümumtəhsil məktəblərində şahmatın tədris olunması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Misir Mərdanov bildirib ki, 2011-ci ildə də şahmat məktəblərinin yetirmələri respublika birincilik və çempionatlarında 14-ü qızıl, 11-i gümüş və 13-ü bürünc olmaqla 38 medal, Avropa, dünya birinciliklərində və çempionatlarında isə 5-i qızıl, 3-ü gümüş, 2-i bürünc olmaqla 10 medal qazanıblar.

Təhsil naziri respublika və beynəlxalq yarışlarda yüksək nəticələr göstərən idmançıların, onların təmsil etdikləri məktəblərin adlarını sadalayıb və bu uğurların davamlı olacağına inamını ifadə edib. Təhsil sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin, həmin məktəblərdə çalışan məşqçi-müəllimlərin fəaliyyətlərini qiymətləndirmək, istedadlı idmançıları aşkar etmək və onları rəğbətləndirmək məqsədilə ənənəvi olaraq hər il keçirilən respublika müsabiqəsində 159 idman məktəbinin iştirak etdiyini nəzərə çatdıran nazir qalibləri təbrik edib və onlara uğurlar arzulayıb.

Sonra 12 nominasiya üzrə keçirilmiş respublika müsabiqəsi qaliblərinə diplom və hədiyyələr təqdim olunub.

Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, millət vəkili Rauf Əliyev, millət vəkili Ülvi Quliyev, təhsil sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin rəhbərləri, məşqçi-müəllimlər və idmançılar iştirak ediblər.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov