Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - �51

 

ADNA-nın əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin 50 illik yubileyinə həsr olunan tədbir keçirildi

 

Dekabrın 27-də Azərbaycan Dövlət Neft Akademiyasının əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin 50 illik yubileyinə həsr olunan tədbir keçirildi.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ali təhsil müəssisəsinin akt zalında keçirilən mərasimi ADNA-nın rektoru, akademik Siyavuş Qarayev açaraq bu gün əlamətdar bir tarixi günün qeyd olunduğunu bildirdi. Rektor rəhbərlik etdiyi ali məktəbdə 50 il öncə əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin yaradıldığını deyərək onun  fəaliyyəti barədə ətraflı məlumat verdi. İftixar hissi ilə bildirdi ki, adıçəkilən fakültə  Moskvadakı Patris Lumumba adına Xalqlar Dostluğu İnstitutundan sonra keçmiş SSRİ məkanında əcnəbi vətəndaşlar üçün nəzərdə tutulmuş ikinci tədris mərkəzi olub.

Qeyd olundu ki, 50 il ərzində 13 min məzunu olan fakültə dünyanın 103 ölkəsi üçün dövlət və aparıcı elm xadimləri, istehsalat rəhbərləri, neft və neft-kimya mütəxəssisləri yetişdirib. Siyavuş Qarayev rəhbər vəzifələrə çatmış və fakültənin fəaliyyətini həmişə yüksək qiymətləndirən məzunlar arasında daim doğma ali təhsi müəssisəsi ilə əlaqə saxlayan Anqola Respublikasının indiki prezidenti Joze Eduardu Duş Santuşun, onlarla əməkdaşlıq edən "Petrovyetnam" Dövlət Neft-Qaz şirkətinin rəhbərliyinin və   digərlərinin  xüsusi yer tutduğunu dedi.

Çıxışının sonunda rektor qazanılan nailiyyətlərdə əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin müəllimlərinin xüsusi əməyi olduğunu söyləyərək onları fakültənin 50 illik yubileyi münasibəti ilə təbrik etdi.

Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verildi.

İştirakçıları salamlayan təhsil naziri onları bu tədbirdə görməsindən məmnunluq hissi keçirdiyini bildirdi. Nazir ölkəmizdə ilk texniki ali təhsil ocağı kimi çağdaş elm və təhsil tarixində özünəməxsus yer tutan, respublikamızda sənaye və iqtisadiyyatın müxtəlif sahələri üçün yüksək ixtisaslı milli mühəndis kadrların yetişdirilməsinə sanballı töhfələr verən  Azərbaycan Dövlət Neft Akademiyasının dövlət  və millət qarşısında böyük xidmətlərinin olduğunu xüsusi qeyd etdi. Çıxışda ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyi  91 il ərzində təkcə Azərbaycan üçün deyil, keçmiş Sovetlər Birliyinin müxtəlif respublikaları ilə yanaşı, xarici ölkələr üçün də yüksək savada, bacarığa malik elm və mühəndis kadrlarının hazırlığı ilə bağlı mühüm işlər gördüyü bildirildi. Bu gün 50 illiyi qeyd olunan ADNA-nın əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin fəaliyyət göstərdiyi müddətdə böyük inkişaf yolu keçdiyini söyləyən təhsil naziri fakültənin xarici ölkələr üçün peşəkar kadr hazırlığı işindəki əhəmiyyətli rolundan danışdı.

Nazir yola salmağa hazırlaşdığımız 2011-ci ilin ölkəmizin ictimai-siyasi həyatında bir sıra əlamətdar tarixi hadisələrlə, o cümlədən bir çox ali təhsil müəssisələrinin yubileylərinin keçirilməsi ilə yadda qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Nazir Misir Mərdanov xüsusilə respublikamızın həyatında bu il baş vermiş ən önəmli hadisənin-Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini ölkə başçısı cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurlu nəticəsi olduğunu qürur hissi ilə qeyd etdi.       

Təhsil naziri Azərbaycan Dövlət Neft Akademiyasına rəhbərlik edən Siyavuş Qarayevin fəaliyyətini yüksək qiymətləndirərək əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin müəllim və tələbələrini yubiley münasibəti ilə öz adından, bütövlükdə Azərbaycanın təhsil işçiləri adından təbrik edərək onlara yeni-yeni nailiyyətlər arzuladı. Nazir Misir Mərdanov daha sonra yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və akademiyanın əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin 50 illiyi münasibəti ilə  "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı və Fəxri fərmanlara layiq görülmüş əməkdaşların adlarını açıqladı.

Səhnəyə dəvət olunan təhsil işçilərinə layiq görüldükləri mükafatlar təqdim edildi.

Çıxış üçün söz alan əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin dekanı Rafiq Kazımov, fakültənin dillər kafedrasının müdiri, əməkdar müəllim Aida Yakovleva çalışdıqları ali təhsil müəssisəsində əcnəbi tələbələrlə aparılan işlərdən söz açaraq bundan sonra da yüksək ixtisaslı kadrların hazırlanmasında var qüvvələrini əsirgəməyəcəklərini dedilər. 

Sonda əcnəbi gənclər çıxış edərək ali təhsil müəssisəsində onların yüksək bilik və savad almaları üçün yaradılan şəraitdən razılıq hissi ilə danışdılar, göstərilən diqqət və qayğıya görə ADNA-nın rəhbərliyinə, professor-müəllim heyətinə öz minnətdarlıqlarını bildirdilər.  

Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov