Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - �51

 

Qaliblərə diplom və hədiyyələr təqdim olundu

 

Dekabrın 26-da  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında təşkil olunan futzal yarışının və "Nə? Harada? Nə zaman?" intellektual oyununun qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akt zalında keçirilən tədbiri konfederasiyanın sədri, millət vəkili Səttar Mehbalıyev açaraq respublikamızda həyata keçirilən gənclər siyasətindən danışdı.Qeyd olundu ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən gənclər siyasəti  Azərbaycan gəncliyinin sürətli inkişafına təkan verir, respublikamızın qüdrətli dövlətə çevrilməsi prosesini stimullaşdırır. Bu gün çoxlu sayda  azərbaycanlı gənc dünyanın inkişaf etmiş ölkələrinin aparıcı ali məktəblərində təhsil alır. Onların yüksək ixtisaslı kadrlar kimi Vətənə dönərək fəaliyyət göstərmələri üçün hər cür imkan və şərait yaradılır.

Çıxışında ölkəmizdə gənclərlə bağlı digər görülən işlər, həyata keçirilən tədbirlər barədə də mərasim iştirakçılarına geniş məlumat verən millət vəkili Səttar Mehbalıyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin gənclər siyasətinin fəal iştirakçılarından biri olduğunu xüsusi vurğuladı. Bildirildi ki, gənclərə diqqət və qayğı öz sıralarında on minlərlə gənci birləşdirən təşkilatın əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. ATİAHİ Respublika Komitəsi tərəfindən hər il gənclərlə festivallar, spartakiadalar, elmi-praktik konfranslar, fənn olimpiadaları, inşa müsabiqələri, müxtəlif idman yarışları keçirilir, istedadlı gənclərin üzə çıxarılması və onların potensial imkanlarının genişləndirilməsi, habelə sosial problemlərinin həlli ilə bağlı tədbirlər təşkil olunur.

Sədr S.Mehbalıyev daha sonra keçirilən tədbir barədə məlumat verərək  ATİAHİ Respublika Komitəsinin 5 ildən artıqdır ki, respublikamızın ali təhsil müəssisələrinin tələbələri arasında futzal yarışının və "Nə? Harada? Nə zaman?" intellektual oyununun keçirilməsini təmin etdiyini bildirdi. Hər il yarışın qalibləri Respublika Komitəsi tərəfindən mükafatlandırılır. Bu il keçirilən futzal üzrə yarışda I yeri Azərbaycan Dövlət Pedaqoji Universiteti, II yeri Azərbaycan Dövlət Aqrar Universiteti, III yeri Azərbaycan Dövlət İqtisad Universiteti tutub. "Nə? Harada? Nə zaman?" intellektual oyununun qalibləri isə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasının komandalarıdır.

Səttar Mehbalıyev hər iki yarışın  qalibi olan tələbələri əldə etdikləri uğur və qarşıdan gələn 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il münasibəti ilə təbrik edərək onlara ən xoş istəklərini çatdırdı.

Sonda qaliblərə diplom və hədiyyələr təqdim olundu. 

Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov