Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 Yanvar - №1

 

Orta məktəb müəlliminin 2 kitabı çapdan çıxıb

 

Başa vurduğumuz 2011-ci il bir çoxları kimi, tələbə yoldaşım və həmkarım, hazırda Şirvan şəhərindəki M.İsrafilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb-liseyin müəllimi işləyən Alik Rzayev üçün də uğurlu olub. 18 kitab müəllifi olan Alikin 2011-ci ildə daha iki kitabı işıq üzü görüb. Yaradıcı müəllimin kitablarından 11-i təhsillə bağlı və təhsil işçiləri, istedadları ilə seçilən şagirdlər, məktəbli idmançılar haqqındadır. Ötən  il çapdan çıxmış iki kitabından da biri təhsilə aiddir və "Hacıqabulun məktəbli idmançıları" adlanır. Kitabda son 20 ildə Hacıqabul Rayon Təhsil Şöbəsinin nəzdindəki Uşaq Gənclər İdman və Uşaq Gənclər Şahmat məktəblərinin yaranma tarixi və fəaliyyətindən, bu təhsil ocaqlarında məşğul olan idmançı şagirdlərin əldə etdikləri uğurlardan söz açılır. Kitabda həmçinin rayonun ümumtəhsil məktəblərində oxuyan və müxtəlif idman növləri üzrə bölmələrdə idmanın sirlərinə yiyələnən yeniyetmə və gənc idmançılar, onların müxtəlif yarışlarda qazandıqları nəticələr haqqında da məlumat verilir. Kitabın məsləhətçisi Hacıqabul RTŞ-ın müdiri, əməkdar müəllim Şükür Məmmədov, rəyçisi isə Hacıqabul Rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələsgərovdur.

Yeri gəlmişkən qeyd edək ki, cəfakeş pedaqoq, istedadlı jurnalist, 60 illik ömrünün 35 ildən çoxunu gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş Alik Rzayev 1951-ci il avqustun 3-də Qazıməmməd (indiki Hacıqabul) rayonunun Qarasu kəndində anadan olub. Əli Bayramlı (indiki Şirvan) pedaqoji məktəbinin bədən tərbiyəsi şöbəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsində ali təhsil alıb. Müxtəlif illərdə məktəblərdə müəllim, təşkilatçı, direktor müavini, direktor, təhsil şöbəsində metodist vəzifələrində işləyib. 1969-cu ildən dövri mətbuatda çıxış edir. Müxtəlif qəzetlərdə bölgə müxbiri, redaktor müavini, redaktor, baş redaktor müavini vəzifələrində də fəaliyyət göstərib. Hazırda həm də "Şərqin səsi", "Elm və təhsil" qəzetlərinin müxbiridir. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatıdır. 20 kitabın müəllifi,1 toplunun və 3 almanaxın tərtibçisi, 13 kitabın redaktorudur. 2011-ci il həm də Alik Rzayevin 60 yaşı tamam olub. Yubileyi işlədiyi kollektivdə qeyd olunub. Mətbuatda səmərəli fəaliyyətinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar A.Rzayev Azərbaycan Jurnalistlər Birliyinin diplomu ilə təltif olunub.

Yaradıcı müəllimi biz də 60 yaşı və yeni kitablarının işıq üzü görməsi münasibəti ilə təbrik edir, yenicə başlayan 2012-ci ilin və sonrakı illərin onun həyatında əlamətdar hadisələrlə zəngin olmasını arzulayırıq. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov