Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 Yanvar - №1

 

Şagirdlərin əl işlərindən ibarət sərgi

 

Yevlax ŞTŞ Metodmərkəzinin direktoru Xaləddin Niftəliyevin bizə ünvanladığı məlumatda bildirilir ki, bu günlərdə şəhər şahmat məktəbinin geniş foyesində şagirdlərin istedadından xəbər verən "Dünya uşaqların gözü ilə" adlı  sərgi açılıb.

Sərgidə şəhərin bütün məktəbəqədər tərbiyə müəssisələrinin, məktəblərin yaradıcı şagirdləri iştirak edib.

Tədbiri giriş sözü ilə Yevlax Şəhər İcra Hakimiyyəti təhsil, səhiyyə və mədəniyyət məsələləri şöbəsinin böyük məsləhətçisi Vaqif Əliyev açaraq, buraya seyrçi marağı ilə gələnləri salamlayıb və onları uşaqların yaradıcı dünyasına səyahətə dəvət edib.

Sərgidə nümayiş etdirilən balacaların əl işləri, məktəbli rəssamların daxili aləmlərini şərtləndirən, rəng çalarları ilə hiss və duyğularını əks etdirən al-əlvan tablolara baxış seyrçilərin sonsuz marağına səbəb olub. Bağça uşaqlarının kibritdən, kartondan, kağızdan, çubuqlardan, yüngül taxta materiallarından düzəltdiyi, rənglədiyi müxtəlif əşyalar, meyvələr, sevimli ev heyvanlarının, flora və faunamızın bəzəyi olan canlıların maketləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Həmin gün şahmat məktəbində kiçikyaşlı şahmatçıların qatıldığı yarışlara da start verilib. 

Ə.DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov