Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Yanvar 2012 - №02

 

Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı qırğız dilində çap edilib

 

Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə paytaxtdakı "Biytiktik" nəşriyyatında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Gorus 2010: absurd teatrı mövsümü" kitabı qırğız dilində çap edilmişdir.

 Kitabı qırğız dilinə tanınmış yazıçı Mukan Asanaliyev tərcümə etmişdir.

 Nəşrdə Ermənistanda Serj Sarkisyanın prezident seçkilərini saxtalaşdıraraq hakimiyyətə gəlməsi haqqında söhbət açılır, onun Azərbaycan torpaqlarını öz adlarına çıxması ilə əlaqədar sərsəm bəyanatlarına tutarlı cavab verilir. Əsərdə deyilir ki, XIX əsrdə, hətta XX əsrin əvvəllərində İrəvan şəhərində, həmçinin Dağlıq Qarabağ, Zəngəzur və digər bölgələrdə ermənilər azlıq təşkil etmiş, əhalinin əksəriyyəti azərbaycanlılar olmuşdur.

 Fondun sədri Nüsrət Məmmədov bildirmişdir ki, bu kitabın çapından məqsəd Azərbaycan həqiqətlərinin qırğız xalqına çatdırılmasıdır və kitabın Qırğızıstanda pulsuz yayılması nəzərdə tutulmuşdur.

 Xatırladırıq ki, akademik Ramiz Mehdiyevin "Gorus 2010: absurd teatrı mövsümü" kitabı ötən ilin dekabr ayında rus dilində çap edilmişdir. Kitabın rusdilli variantı Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistanda pulsuz yayılır. 

Qulu KƏNGƏRLİ,
 AzərTAc-ın xüsusi müxbiri
 Bişkek

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov