Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Yanvar 2012 - №02

 

Azərbaycanlı tələbə Türkiyədə rezidentura imtahanında xarici tələbələr arasında ən yüksək nəticə göstərib

 

Həmyerlimiz Asif Arif oğlu Səlimov 1987-ci ildə Bakıda anadan olmuşdur. Orta təhsilinin ilk üç ilini Azərbaycanda tamamladıqdan sonra 9 yaşında ikən - 1996-cı ildə atası professor Arif Səlimovun Türkiyənin Atatürk Universitetində işə dəvət olunması ilə əlaqədar bu ölkədə yaşamağa başlamışdır.

A.Səlimov Anadolu liseyini bitirdikdən sonra 2005-ci ildə Türkiyə ali məktəblərində təhsil almaq istəyən abituriyentlərin Bakıda keçirilən imtahanında (TCS) tibb fakültəsini seçənlər arasında birinci yer tutaraq Hacəttəpə Universitetinə daxil olmuşdur. Universitetə daxil olduqdan sonra ingilis dili imtahanını da müvəffəqiyyətlə verərək birillik ingilis dili hazırlığı kursunda oxumadan birbaşa tibb təhsilinə başlamaq hüququ qazanmışdır. Dördüncü kursda ilin ən uğurlu tələbəsinə verilən daxili xəstəliklər üzrə "Professor Şərəf Zirəli" plaketinə layiq görülmüşdür.

Asif Səlimov təhsilini 2011-ci ilin iyununda müvəffəqiyyətlə başa vurduqdan sonra həmin il sentyabrın 25-də keçirilən rezidentura imtahanında Türkiyədə tibb sahəsində təhsil alan xarici tələbələr arasında həm baza, həm də klinik elmlər üzrə ölkə birincisi olmuşdur. Həmvətənimiz bu nəticə ilə Hacəttəpə Universitetinin tibb fakültəsi xəstəxanasında qulaq-burun-boğaz xəstəlikləri üzrə ayrılmış yeganə yerə qəbul olunmuş, hazırda orada təhsilini davam etdirir.

Həmyerlimiz deyir ki, rezidentura imtahanı sentyabrda keçirildiyinə görə dövlət proqramına keçmək üçün bir il gözləmək məcburiyyətindədir. Çünki dövlət proqramına müraciət avqustun sonunda bitir. Buna görə də 2012-ci ilin sentyabrından etibarən dövlət proqramına keçərək təhsilimə davam edəcəyəm.

Təhsil aldığı müddətdə ona verilən dəstəyə görə Azərbaycan dövlətinə və Türkiyə hökumətinə hər zaman minnətdarlıq hissi duyduğunu bildirən Asif Səlimov gələcək arzuları ilə bağlı deyir: "Təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıdıb yüksək ixtisaslı həkim kimi xalqıma xidmət etmək istəyirəm". 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov