Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Yanvar 2012 - №02

 

X Beynəlxalq Türk Dili Müsabiqəsinin Mingəçevir Özəl Türk Liseyi üzrə final mərhələsinə yekun vurulub

 

Mingəçevir ŞTŞ-dən verilən məlumatda bildirilir ki, bu günlərdə Mingəçevir Özəl Türk Liseyində şəhər icra hakimiyyəti və təhsil şöbəsinin dəstəyi ilə Beynəlxalq Türk dili müsabiqəsinin Mingəçevir ÖTL üzrə final mərhələsi keçirilib. Tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, müxtəlif məktəblərin şagirdləri, müəllimlər və valideynlər iştirak edib.

Mahnı, şeir, qrammatika, inşa, sərbəst danışıq kateqoriyası üzrə keçən müsabiqə bir neçə mərhələdən ibarət olub. Birinci mərhələ dekabrın 15-də keçirilib. Həmin mərhələdə Mingəçevirdən şəhər liseyi, Texniki lisey, 3, 6, 8, 10, 13 nömrəli məktəblər və Bərdə şəhərindən akademik Z.Əliyeva adına liseyin şagirdləri qatılıb. Bu günlərdə isə Mingəçevirdə müsabiqənin final mərhələsi keçirilib. Müsabiqədə şagirdlər böyük həvəslə bir-birindən rəngarəng və maraqlı şeir və mahnılarla çıxış ediblər. Müsabiqədəki qiymətləndirməni Azərbaycan-Türkiyə özəl liseyləri tərəfindən təyin olunan münsiflər heyəti apararaq şeir kateqoriyasında birinci yerə Mingəçevir Şəhər Liseyinin şagirdi Leyla Xudadanovanı, ikinci yerə 13 nömrəli məktəbin şagirdi Nuramin Əliyevi, üçüncü yerə isə Mingəçevir Özəl Türk Liseyinin şagirdi Yavuz Sabirlini layiq biliblər.

Müsabiqənin mahnı kateqoriyasında birinci yerə Mingəçevir Texniki Liseyindən Əsmayə Kərimli, ikinci yerə 13 nömrəli məktəbdən Mustafa Mustafayev, üçüncü yerə isə şəhər liseyindən Fəiqə Məmmədova layiq görülüb.

Müsabiqə qaliblərin mükafatlandırılması ilə sona yetib. 

Ədalət DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov