Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Yanvar 2012 - №02

 

ADU-da QHT nümayəndələri imtahanların gedişini yoxlayıblar

 

Yanvarın 9-da Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi  ADU-da qış imtahan sessiyasının gedişi ilə bağlı monitorinq apardı. Monitorinqdə Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, şəbəkəyə daxil olan Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif  Mövsümov və Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı Mərkəzinin sədri  Əhməd Abbasbəyli iştirak edirdilər. Filologiya fakültəsində keçilən "Dilçiliyə giriş", "Ədəbiyyatşünaslığa giriş" və "Dünya ədəbiyyatı-2" imtahanlarının monitorinqi zamanı ADU-nun rektoru Səməd Seyidov universitetdə keçirilən imtahanlar barəsində qonaqlara məlumat verdi. İmtahanların   obyektiv, düzgün və şəffaf keçirildiyini deyən rektor rəhbərlik etdiyi ali təhsil ocağının monitorinq aparılması məqsədilə  ictimai təşkilatlar üçün açıq olduğunu bildirdi. Rektor şikayətlərlə bağlı universitetdə operativ qərargahın, eyni zamanda "Qaynar xətt"in  fəaliyyət göstərdiyini tələbələrin diqqətinə çatdırdı. ADU-da tələbələrin yüksək səviyyədə təhsilə yiyələnmələri üçün lazımi imkanların mövcudluğundan danışan S.Seyidov bu imkanlardan yararlanmağın vacib olduğunu vurğuladı. Rəhbərlik etdiyi ali təhsil ocağının beynəlxalq əlaqələrindən bəhs edən rektor gələcəkdə də bu istiqamətdə bir sıra mühüm addımlar atılacağını  diqqətə çatdırdı. Normativ sənədlərə baxış keçirən S.Seyidov imtahanlarda tələbələrə uğurlar arzuladı.  Fəaliyyət istiqamətləri haqqında tələbələrə məlumat verən  Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev ali təhsil ocaqlarında imtahan sessiyalarının gedişi ilə bağlı monitorinqlər aparıldığını bildirdi.  İmtahan sualları ilə maraqlanan koordinator aparılan monitorinqlərin obyektivliyə xidmət etdiyini dedi.   Şəbəkə koordinatoru yaranan problemlərlə bağlı onlara müraciət etməyin zəruriliyini önə çəkdi.  Şəbəkə üzvləri imtahan sənədlərinə də baxış keçirdilər. Tələbələr imtahanların yüksək səviyyədə keçdiyini və biliklərini nümayiş etdirmək üçün onlara   yaxşı  şəraitin yaradıldığını bildirdilər.

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Ə.Nuriyev monitorinqlərin aparılması üçün yaradılan şəraitə görə rektor S.Seyidova təşəkkürünü bildirdi. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov