Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Yanvar 2012 - №02

 

Elmi-metodik seminar

 

Kürdəmir RTŞ-dan aldığımız məlumatda bildirilir ki, bu günlərdə rayonun bütün ümumtəhsil məktəblərində dərs deyən 373 ibtidai sinif müəllimi ilə elmi-metodiki seminar keçirilib. Seminar metodik kabinetin direkoru Seyidhüseyn Qasımov və şəhər 3 nömrəli tam orta məktəbin direktoru, "Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi" layihəsi üzrə təlimçi Əli Ağayev tərəfindən həyata keçirilib. Elmi-metodiki seminarda müəllimlərə fəal təlimin qurulması mərhələləri və yeni qiymətləndirmə sistemi haqqında hazırlanmış prezentasiyalar təqdim olunub, onların çoxsaylı sualları cavablandırılıb.

Tədbirdə kurikulumların tətbiqi üzrə sertifikat almış şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Saray Səlimova, şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Xavər Baloğlanova, Beyi kənd tam orta məktəbin müəllimi Səməd Bədəlov öz qabaqcıl təcrübələrini müəllimlərlə bölüşüblər.

Eyni zamanda seminarda İKT-nin tətbiqi ilə fəal dərsin qurulması qaydaları, şagirdlərin müxtəlif meyarlara əsasən formativ qiymətləndirilməsi normativləri, böyük və kiçik summativ qiymətləndirilmə qaydaları, eləcə də yarımillik və illik qiymətlərin hesablanması qaydası geniş izah və müzakirə edilib.

Sonda bir qrup qabaqcıl müəllimlərin i

ştirakı ilə şəhər 3 nömrəli tam orta məktəbin birinci sinfində- müəllim Dilşad Mehdiyevanın və üçüncü sinifdə- müəllim Rahidə Abdullayevanın İKT-nin tətbiqi ilə hazırlanmış, fəal təlimə əsaslanan "açıq dərs"lərə baxış keçirilib. 

Ədalət DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov