Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Yanvar 2012 - №02

 

Xəttatlığa həsr olunmuş seminar

 

Qafqaz Universiteti Mədəniyyət şöbəsinin nəzdində fəaliyyət göstərən sənət kurslarında "Türk sənətləri haqqında bilgilər" mövzusunda silsilə seminarlara start verilib. Bu günlərdə keçirilən ilk seminarın  mövzusu "Ebru və hüsnxət" adlanırdı. Universitetin dövlət və bələdiyyə idarəetməsi bölməsinin "Xüsusi istedadlar" qrupu ebru və hüsnxət sənəti haqqında iştirakçılara geniş məlumat verdilər.

Ebru kursunun  müəllimi Təranə Məmmədova bu sənətin  tarixi, inkişaf mərhələsi, ebru növləri  və onun tətbiq olunduğu  yerlərlə bağlı geniş açıqlama verdi. Qədim ebru sənəti ustalarından Hatib Mehmet Əfəndi, Şebek Mehmet Əfəndi, Hikmət Barutçugil, Fuat Başar haqqında danışdı.Tələbələr ebru sənəti ilə praktik məşğul  olaraq eyni zamanda  iki  ibrətamiz hekayə dinlədilər.

Hüsnxət  sənətinin təməli, tarixi, inkişaf mərhələləri, hüsnxət üslubları: kufi yazı, sülüs yazı, nəsih yazı, muhakkak yazı, rika yazı, tevki yazı, talik yazı çeşidləri  haqqında  dosent Arzu Məmmədova geniş məlumat verdi.

Hüsnxət üçün istifadə edilən materiallar: kağız, qələm və mürəkkəbin necə hazırlanması qaydaları izah edildi. Hüsnxət sənətinin  Osmanlı dövləti zamanında  daha da inkişaf etməsi və məşhur xəttatlar haqqında məlumatlar tələbələrin böyük marağına səbəb oldu.

Günümüzün istedadlı xəttatlarından  Ali Alparslan, Həsən Çələbi, Hüseyin Kutlu, Fuat Başar və bu ustadların yetişdirdiyi xəttatların bu bənzərsiz sənəti yeni zirvələrə qaldıran əsərləri videoslaydlarla göstərildi.

Hüsnxət sənətinin istifadə edildiyi yerlər, memarlıq abidələri, daxili tərtibatda istifadəsi haqqında videokadrların nümayişi ilə müşayiət  olunan məlumat verildi.

Xarici ölkələrdə təşkil olunan xətt sənəti yarışmalarında müxtəlif yazı çeşidlərində  mükafata layiq görülmüş xətt yazıları göstərildi, bu sənətlə məşğul olan xəttatların  nə qədər səbrli, təmkinli və diqqətli olmaları, öz işinə hörmətlə yanaşmaları önə çəkildi.

Seminar  tələbələrə sənətlə gözəlləşən sevgi dolu  bir  həyat yaşamaları arzusuyla başa çatdı. 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov