Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Yanvar 2012 - №03

 

Milli istiqlal uğrunda

 

 Naxçıvan Dövlət Universitetitndə 20 Yanvar faciəsinə həsr olunmuş mərasim keçirildi. Giriş sözü ilə çıxış edən rektor, akademik İsa Həbibbəyli 20 Yanvarın Azərbaycan xalqının milli azadlıq hərəkatı və müstəqillik tarixində şanlı səhifə olduğunu qeyd etdi. Vurğulandı ki, bu faciə milli birlik və ləyaqətimizi sübut etdi, bütövlükdə zülmə, əsarətə, qətliama qarşı mübarizə rəmzinə çevrildi. Akademik, millət vəkili İsa Həbibbəyli xalqımıza qarşı törədilmiş qanlı terror aktına siyasi-hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs etdi.

Azərbaycan xalqının milli müstəqilliyi uğrunda qurban getmiş şəhidlərin ruhu dərin ehtiramla yad edildi. Sonra Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanov   "20 Yanvar - xalqımızın qan yaddaşı",  Ümumi tarix kafedrasının baş müəllimi, tarix elmləri namizədi Abdulla Mustafayev "20 Yanvar faciəsinin tarixi, sosial-siyasi kökləri və ibrət dərsləri", universitet Gənclər Təşkilatının sədri, magistr Arzu Abdullayev "Milli azadlıq uğrunda şərəfli mübarizə yolu" mövzusunda  məruzələr etdilər. Məruzələrdə qeyd olundu ki, bu faciə XX əsr boyu xalqımıza qarşı yeridilən, düşünülmüş siyasətin davamı idi. Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, qondarma Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlıların əzəli torpaqlarından qovulması, süqutu labüd olan işğalçı sovet imperiyasının özünüxilas cəhdləri Azərbaycan xalqını müstəqillik uğrunda ölüm-dirim mücadiləsinə qaldırmışdı. Milli azadlıq hərəkatını boğmaq üçün xəyanətkar  dövlət başçılarının dəstəyi ilə  keçmiş SSRİ-nin  böyük əksəriyyəti ermənilərdən ibarət olan silahlı ordusu Bakıda növbəti soyqırımı aktı törətmiş, 20 mindən artıq hərbçinin, güclü hərbi texnikanın iştirakı ilə dinc, günahsız insanlar, qadın və uşaqlar, qocalar kütləvi şəkildə qırılmış, eyni zamanda Naxçıvan erməni təcavüzünə məruz qalmışdır. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə demokratiya və siyasi sabitlik bərqərar olmuş, müstəqil dövlət quruculuğu istiqamətində mühüm işlər görülmüşdür. Bu gün ölkə başçısı İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan siyasi, iqtisadi cəhətdən inkişaf edir, ərazi bütövlüyünün təmin olunması üçün qətiyyətli siyasi addımlar atılır.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov