Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Yanvar 2012 - №03

 

"20 Yanvar - tariximizin qan yaddaşı"

 

Bakıdakı 152 nömrəli tam orta məktəbin akt zalında  "20 Yanvar - tariximizin qan yaddaşı" mövzusunda ədəbi -bədii gecə keçirildi.  20 Yanvar faciəsinin iyirmi ikinci ildönümü ilə bağlı keçirilən mərasim Azərbaycanın Dövlət himninin tədbir iştirakçıları tərəfindən ifa olunması ilə başladı. Sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Gecəni məktəbin direktoru Gülarə Verdiyeva giriş sözü ilə açaraq  20 Yanvar hadisələrinin xalqımızın qəhrəmanlıq tarixinə  çevrildiyini qeyd etdi. Bildirildi ki, o hadisələr hələ də gözümüzün önündədir. Yanvarın 19-dan 20-nə keçən  gecə günahsız insanlar amansızcasına qətlə yetirildi, yüzlərlə vətəndaş itkin düşdü.  Xalqımıza böyük zərbə vuruldu. Lakin xalq əyilmədi, azğınlaşmış Sovet qoşunlarının qarşısında  mübarizliyini, qəhrəmanlığını bir daha nümayiş etdirdi.

Gecənin aparıcıları 1990-cı il 20 Yanvar faciəsini Sovet imperiyasının törətdiyi cinayət aksiyası, xalqın milli azadlıq hərəkatını boğmağa yönəlmiş məkrli siyasətin acı nəticəsi olduğunu qeyd etdilər. Şagirdlər ümummilli lider Heydər Əliyevin bu faciənin  dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərdən danışdılar. Vurğulandı ki, məhz  ulu öndərin  təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verildi, şəhidlərin xatirəsi əbədiləşdirildi.

Çıxış edənlər 20 Yanvar faciəsinin səbəb və nəticələri haqqında ətraflı məlumat verdilər. Sonra 20 Yanvar faciəsini özündə əks etdirən şagirdlərin hazırladıqları səhnələr göstərildi. Gecə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından səslənən uvertüranın sədaları altında filmin nümayişi ilə başa çatdı.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov