Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Yanvar 2012 - №03

 

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
Almaniya Federativ Respublikasının ali məktəblərində təhsil almaq məqsədilə müsabiqə

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti (DAAD) arasında imzalanmış Sazişə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Almaniya Federativ Respublikasının ali məktəblərində təhsil almaq məqsədilə aşağıdakı ixtisaslar üzrə müsabiqə elan edilir:

- informasiya texnologiyaları;

- mühəndislik;

- neft sənayesi;

- tibb;

- riyaziyyat;

- fizika;

- biologiya;

- kimya;

- ekologiya;

- kənd təsərrüfatı;

- turizm;

- mühasibat uçotu.

Bakalavr səviyyəsində təhsil almaq üçün Azərbaycanın müvafiq universitetlərinin ikinci və ya üçüncü kurslarında təhsil alan və bakalavr səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində I qrupa daxil olan ixtisaslar üzrə ən azı 550 bal, digər ixtisas qrupları üzrə isə ən azı 600 bal toplayan Azərbaycan Respublikası vətəndaşları müsabiqədə iştirak edə bilər.

Magistratura səviyyəsində təhsil almaq üçün isə aşağıdakı şəxslər müraciət edə bilərlər:

- 2011/2012-ci tədris ilində I qrup ixtisasları üzrə orta balı 4.0-dan aşağı olmayaraq IV kursda təhsil alan və magistratura səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində ən azı 112 bal (və ya bunun ekvivalenti) toplamış namizədlər;

- 2011/2012-ci tədris ilində digər ixtisas qrupları üzrə orta balı 4.0-dan aşağı olmayaraq IV kursda təhsil alan və magistratura səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində ən azı 120 bal (və ya bunun ekvivalenti) toplamış namizədlər.

Diplomdansonrakı tibb proqramlarında təhsil almaq üçün təhsil müddəti ərzində orta qiyməti ən azı 4.0 olan tibb universitetinin sonuncu kurs tələbələri və ya məzunları müsabiqədə iştirak edə bilər.

Azərbaycanda bakalavr səviyyəsi üzrə alınmış təhsil Almaniyada Magistr səviyyəsinə qəbul olunarkən tanına bilər.

Azərbaycanda Magistr səviyyəsi üzrə alınmış təhsil Almaniyada doktorantura səviyyəsinə qəbul olunarkən tanına bilər.

Müsabiqədə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Müsabiqədə iştirak etmək üçün ərizə;

2. Əsaslandırma məktubu (2 dildə);

3. 2 ədəd tövsiyə məktubu (məktubun xüsusi forması

http://www.daad.de/imperia/md/content/de/foerderung/recommendation.pdf saytından əldə edilir və iddiaçının təhsil aldığı ali məktəbin professor-müəllim heyəti tərəfindən doldurulur);

4. Ali məktəbə qəbul vaxtı TQDK tərəfindən topladığı bal haqqında arayış;

5. Ali məktəb tərəfindən verilən diplomun və diploma əlavənin alman və yaxud ingilis dilinə (ingilis dilində təhsil alacaq namizədlər) tərcümə olunmuş və notariat qaydada təsdiq edilmiş surəti;

6. Hal-hazırda təhsil alan tələbələr ali məktəb tərəfindən verilən arayış və qiymət kitabçasından çıxarışın alman və yaxud ingilis dilinə (ingilis dilində təhsil alacaq namizədlər) tərcümə olunmuş və notariat qaydada təsdiq edilmiş surəti;

7. Alman və yaxud ingilis dilini (ingilis dilində təhsil alacaq namizədlər) müvafiq ali məktəbin tələbləri səviyyəsində bilməsi haqqında zəruri sertifikatın surəti:

- alman dili üzrə ən azı DSH 2, TestDaf 4, Höte İnstitutunun B2, C1 və ya OnDaf B2 səviyyələrini müəyyən edən sertifikatlar, DSH kurslarında və Alman Dili Tədrisi  Mərkəzində qeydiyyatda olanlar üçün isə OnDaf B1 sertifikatı (alman dili üzrə OnDaf testini Alman Dili Tədrisi  Mərkəzində vermək olar - ünvan Lev Tolstoy küçəsi, 171);

- ingilisdilli təhsil proqramlarına müraciət edənlər isə müvafiq alman ali məktəblərinin tələblərinə uyğun TOEFL və ya GELTS imtahanlarının sertifikatlarını və yaxud 2012-ci ilin mart-aprel aylarında imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçmək barədə sənəd.

Tibb təhsili yalnız alman dilində aparılır.

8. Doldurularaq çap olunmuş xüsusi anket forması

(https://scholarship.daad.de/obdva/www_echt/www/index.html?lang=de və ya

 https://scholarship.daad.de/obdva/www_echt/www/index.html?lang=en saytlarından əldə etmək olar)

9. Tərcümeyi-hal (CV) (2 dildə);

10. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil;

11. Sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış);

12. Şəxsiyyət vəsiqəsinin və xarici pasportun surəti.

Tələb olunan sənədlər 4 nüsxədə təqdim olunmalıdır (1 ədəd əsli və 3 ədəd surət)

Təqdim olunmuş sənədlər DAAD-nin Almaniyadan gəlmiş ekspertləri tərəfindən yoxlanılacaq və 5-7 mart 2012-ci il tarixlərində müsahibə həyata keçirəcəklər.

Seçim prosesində diplomdansonrakı təhsil səviyyələri üçün müraciət edən namizədlərə üstünlük veriləcəkdir. 

Qeyd: Bakalavrdansonrakı təhsil səviyyəsi üçün müraciət edən, həqiqi hərbi xidmətə çağırışçı olan namizəd müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ aldığını təsdiq edən sənədi və ya hərbi xidmət keçdiyi halda hərbi biletin notariat qaydada təsdiq olunmuş surətini təqdim etməlidir. 

Maraqlananlar hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.30-dək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər. Sənədlərin təqdim edilməsi üçün son müddət - 17 fevral 2012-ci il saat 17.30-dək. 

Əlaqə telefonları: 496-91-13, 496-33-11; 496-34-00

Təhsil Nazirliyinin əməkdaşları:

Sevinc İsmayılova (daxili nömrə - 179)

Namiq Ramazanov (daxili nömrə - 260)

Müjdat Həsənov (daxili nömrə - 164) 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi  və Alman Akademik Mübadilə Xidməti (DAAD)

 

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov