Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Yanbar 2012 - №04

 

Professor Cahangir Məmmədlinin anadan olmasının 70 illiyi qeyd edilib

 

Bakı Dövlət Universitetinin kafedra müdiri, İctimai Televiziya və Radio Yayım Şurasının sədri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 illiyi qeyd olunub.

Yubiley mərasimində BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov professor Cahangir Məmmədlinin elmi-pedaqoji fəaliyyətindən, jurnalistika təhsilinə verdiyi dəyərli töhfələrdən, yüksək ixtisaslı kadrların hazırlanmasındakı xidmətlərindən danışıb.

Rektor mətbuat tarixi, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi problemləri ilə məşğul olan alimin tədqiqat əsərlərinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki,  45 ildən artıqdır mətbuat tarixi, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi problemləri ilə məşğul olmuş, jurnalistika məsələlərinə dair sanballı tədqiqat əsərlərinin, çoxsaylı məqalələrin müəllifi kimi tanınmış Cahangir müəllim müasir Azərbaycan peşəkar jurnalistikası konsepsiyasının əsaslarının formalaşdırılmasında, bununla da bu elmin inkişafında və böyük bir jurnalistlər nəslinin yetişməsində müstəsna xidmətlər göstərib. Rektor deyib ki, Cahangir Məmmədlinin vətən və cəmiyyət, elm, mədəniyyət və təhsilin inkişafındakı böyük xidmətləri universitet kollektivində nüfuzunu yüksəldib, həm də hər zaman dövlətimizin diqqətində olub.

Jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə də Cahangir Məmmədli haqqında xoş xatirələrini bölüşüb. Qeyd edib ki, Cahangir müəllim böyük mütəxəssis, həyatını jurnalistika fakültəsinə, ümumən universitetə bağlayan böyük alim, tanınmış ictimai xadimdir.

Rektor A.Məhərrəmovun universitet ziyalılarına diqqət və qayğısından, onların yubileylərini davamlı şəkildə keçirməsindən danışan C.Məmmədli ona göstərilən diqqətə görə minnətdarlığını bildirib. 

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov