Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Yanbar 2012 - №04

 

ADU-nun rektoru gənc doktorant və dissertantlarla görüşüb

 

ADU-da universitetin gənc doktorant və dissertantlarla görüş keçirildi. Universitetin rektoru, millət vəkili, professor Səməd Seyidov çıxış edərək bu ali məktəbin tarixində doktorant və dissertantlarla çoxsaylı görüşlərin keçirildiyini qeyd etdi. ADU-nun elmi potensialının ildən-ilə artdığını deyən S.Seyidov məhz bunun nəticəsində də elmə gənc kadrların axın etdiyini bildirdi. Qeyd edildi ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra elmin inkişafı əsas istiqamətlərdən biri oldu. İstər ölkədə, istərsə də ADU-da elmlə məşğul olan şəxsin həm də ölkəmizin xaricdə tanınması üçün mühit yaradılmasına çalışdıqlarını söyləyən rektor dedi ki, əsas məqsəd həm də alimin geniş miqyasda tanınmasıdır. Müasir alimin bir dillə kifayətlənməli olmadığını deyən S.Seyidov alimin bütün sahələrlə maraqlanmasının vacibliyini vurğuladı, gənc dissertant və doktorantlara uğurlar arzuladı.

Sonra qəbul imtahanlarında yüksək bal toplamış doktorantlara vəsiqələr verildi və kitablar hədiyyə edildi.  Doktorantlar - Günel Xəlilova və Nigar Əliyeva çıxış edərək yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür etdilər, elmdə yenilik etməyə çalışacaqlarını bildirdilər.

ADU-nun professorları Əfqan Abdullayev, Fəxrəddin Veysəlli, Azad Məmmədov, dosent Mehbarə Qayıbova çıxış edərək doktorant və dissertantlara uğurlar arzuladılar, onlara dəyərli tövsiyələrini verdilər.

Sonda ADU-nun elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov doktorant və dissertantların görəcəyi işlər barədə məlumat verdi. 

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov