Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Yanbar 2012 - №04

 

Sessiyanın qarşıya qoyduğu məsələlər prioritet vəzifələrdir

 

Naxçıvan Dövlət Universitetində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasının yekunlarına və Naxçıvan Dövlət Universitetinin qarşısında duran vəzifələrə həsr olunmuş yığıncaq keçirildi.

Tədbiri giriş sözü ilə açan rektor, Milli Məclisin üzvü İsa Həbibbəyli sessiyada müzakirə olunan məsələlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun sessiyadakı məruzəsi barədə ətraflı məlumat verdi. Ali Məclisin sədrinin məruzəsində öz əksini tapmış, muxtar respublikanın 2011-ci ildəki sosial-iqtisadi inkişafı ilə bağlı mühüm faktlara və statistik göstəricilərə bir daha nəzər salındı. Qeyd olundu ki, regionun sürətli sosial-iqtisadi tərəqqisi ölkədəki iqtisadi və ictimai-siyasi sabitliyin, ümummilli lider Heydər Əliyev siyasətinin, onun müəyyənləşdirdiyi inkişaf strategiyasının bəhrələridir. Ali Məclisin sədrinin də məruzəsində qeyd olunduğu kimi, muxtar respublikanın iqtisadi və sənaye potensialının gücləndirilməsi, müasir infrastrukturun yaradılması ilə yanaşı elm və təhsil sahəsində də mühüm müvəffəqiyyətlər qazanılmışdır. Rektor, akademik İsa Həbibbəyli "Yeniləşmə ili" kimi tarixləşən 2011-ci ilin Naxçıvan Dövlət Universiteti üçün də əhəmiyyətli nailiyyətlərlə yaddaqalan olduğunu vurğuladı. Belə ki, 2010-2011-ci tədris ilində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə ən müasir standartlara cavab verən 452 nəfərlik Tələbə evi, qonaq evi, üçmərtəbəli Tələbə sosial xidmət mərkəzi, magistratura üzrə dekanlığın əsaslı şəkildə yenidən qurulmuş tədris binası istifadəyə verilmişdir. Hazırda universitetin pedaqoji, təbiətşünaslıq və kənd təsərrüfatı fakültələrinin yerləşdiyi binada əsaslı təmir və yenidənqurma işləri aparılır. Ötən tədris ilində universitetdə 4 yeni ixtisas və kafedra açılmışdır. Universitet ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş, ötən il "Polycom HD 8000" markalı internet-konfrans kamerası, 69 yeni kompüter, 9 kamera, 7 elektron lövhə, 1 proyektor alınmışdır. Beynəlxalq əlaqələr sahəsində də böyük uğurlar qazanılmış, Qafqaz Universitetləri Birliyi və İpək Yolu Universitetləri Birliyi çərçivəsində əməkdaşlıq müqavilələri imzalanmışdır. Universitet Avropa Birliyinin TEMPUS proqramının layihələrində uğurla təmsil olunmuş, ERASMUS-MUNDUS layihəsi üzrə də tədbirlərin keçirilməsinə başlamışdır. "Araz çayı hövzəsi parazitar xəstəliklər", "İnnovasiyaların tətbiqi: inkişaf və müasirləşmə", "Elektron Naxçıvan 6: Naxçıvan Dövlət Universiteti və əlaqədar olduğu lokal şəbəkədə İKT-nin vəziyyəti", "Naxçıvan ilk yaşayış və şəhərsalma yeri kimi", Qafqaz Universitetlər Birliyinin Birinci Naxçıvan Beynəlxalq Gənclik Simpoziumu kimi beynəlxalq, respublika və muxtar respublika səviyyəli simpoziumların təşkilatçısı və iştirakçısı olmuşdur. Universitet əməkdaşları qardaş Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası ilə yanaşı İngiltərə, Almaniya, İtaliya, Fransa, İspaniya kimi inkişaf etmiş Avropa ölkələrində də olmuşlar. Bütün bunlar elmin, təhsilin inkişafında mühüm irəliləyişlərlə nəticələnmişdir.

Rektor, akademik İsa Həbibbəyli çıxışının sonunda əmin olduğunu bildirdi ki, universitet kollektivi dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında ali təhsil strukturunun inkişafı istiqamətində qarşıya qoyulan mühüm vəzifələrin, Ali Məclisin sədrinin proqram xarakterli məruzəsindəki mühüm tövsiyə və tapşırıqların həyata keçirilməsi istiqamətində əzmlə çalışacaq, 2012-ci ili - milli dəyərlər ilini daha böyük müvəffəqiyyətlərlə başa vuracaq.

Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyid Surə çıxış edərək bildirdi ki, bakalavr səviyyəsində 47, magistratura səviyyəsində 39 ixtisas üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanan universitetdə hazırda 4499 nəfər, o cümlədən 212 xarici vətəndaş təhsil alır. Ötən tədris ili universiteti bakalavr səviyyəsində 969 nəfər, magistratura üzrə 84 nəfər bitirmişdir ki, onlardan 267 nəfəri ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.

Əyani şöbələrin I, II və III kurslarında Boloniya prosesinin tələblərinə uyğun olaraq təhsilin kredit sistemi ilə təşkili uğurlu nəticə vermişdir. Belə ki, 2010-2011-ci tədris ilində müvəffəqiyyət göstəricisi 94, keyfiyyət göstəricisi isə 84%  olmuşdur ki, bu nəticələr də ölkənin orta təhsil göstəricilərindən yüksəkdir. Hesabat ilində imtahan sessiyalarında yazılı monitorinqlərin tətbiqi genişləndirilmiş, buraxılış işlərinin, magistr dissertasiyalarının səviyyəsinin daha da yaxşılaşdırılmasına diqqət artırılmışdır. Tədris işləri üzrə prorektor Ali Məclisin növbəti sessiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsi, tədrisin yüksək və müasir səviyyədə qurulması üçün görüləcək işlərdən danışdı.

Yığıncaqda universitet YAP ərazi ilk təşkilatının sədri, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Kamal Camalov, rabitə və informasiya texnologiyaları kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Cavanşir Zeynalov, sosial idarəetmə və turizm kafedrasının baş müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Əli Cabbarov, universitet gənclik təşkilatının sədri, magistr Arzu Abdullayev çıxış edərək universitetin digər sahələrdəki ötənilki  uğurlarından, prioritet vəzifələrdən danışdılar.               

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov