Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Yanbar 2012 - №04

 

Azərbaycanın ali təhsil sistemi ilə bağlı yeni layihə hazırlanır

 

Azərbaycanın ali təhsil sistemi ilə bağlı yeni layihə hazırlanır. Layihədə ali təhsil sistemində maliyyələşdirmə komponentinə uyğun olaraq, universitetlərə qrantların verilməsi nəzərdə tutulur. Dünya Bankı (DB) Azərbaycanın ali təhsil sistemi ilə bağlı yeni beşillik layihə hazırlayır.

Təhsil Nazirliyində "Azərbaycanın təhsil sektorunun inkişafı layihəsi"nin əlaqələndirmə qrupunun rəhbəri Elvin Rüstəmov AzərTAc-a bildirmişdir ki, "Azərbaycan ali təhsil sistemində islahatlar layihəsi"nin üç əsas komponenti var. Həmin komponentlər ali təhsilin keyfiyyətinin təminatı, ali təhsil sistemində maliyyələşdirmə, ali təhsildə tənzimlənmə və idarəetmədir.

E.Rüstəmov vurğulamışdır ki, ali məktəblərə qrantların verilməsi bir universitetdə yeganə olan ixtisasın digər ali məktəblərdə də açılması üçün işlərin görülməsinə imkan verəcəkdir. İstənilən ali məktəb yeni ixtisas açmaq üçün qrant təklifi hazırlaya və onu maliyyələşdirmək üçün təqdim edə bilər.

Layihənin əlaqələndirmə qrupunun rəhbəri demişdir ki, "Azərbaycan ali təhsil sistemində islahatlar layihəsi" ötən ilin sonunda hazır ola bilərdi. Amma bu layihəni ölkə Prezidentinin sərəncamı ilə ötən ildən hazırlanmağa başlanan Təhsil Strategiyasına uyğunlaşdırmaq məqsədilə onun tam hazırlanıb başa çatdırılması ilə bağlı ləngidilir. Fevralda Dünya Bankının təhsil missiyası Azərbaycana səfər edəcək. Səfər zamanı DB missiyası layihə ilə bağlı müzakirələr aparacaq və atılacaq növbəti addımlar dəqiqləşdiriləcəkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov