Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Yanbar 2012 - №04

 

Kimya dərslərində informasiya - kommunikasiya texnologiyalarının tətbiqi

 

Təhsil islahatının tələblərinə uyğun olaraq  hazırda tədris prosesində interaktiv təlim metodlarından geniş istifadə olunur. Fənlərin yüksək səviyyədə tədrisi müəllimlərin bilik və bacarıqlarından çox asılıdır. Əlbəttə, şəxsiyyətyönümlü yeni məktəbi yeni nəsil müəllimlərsiz  təsəvvür etmək çətindir. Yeni pedaqoji texnologiyalar və müasir təlim üsullarını öyrənmək, öz peşəkarlıq səviyyəsini artırmaq müasir müəllimin ümdə vəzifəsidir.

Tədris prosesində şagirdlərin tədqiqatı və dərketməsi üçün müvafiq şəraitin yaradılması, biliklərin yaradıcı tətbiqi, təfəkkürün müstəqilliyi vacib amillərdəndir.

Digər fənlərdə olduğu kimi kimya fənninin də müasir tələblər əsasında tədrisi İKT-nin  müntəzəm istifadəsini tələb edir. Ən əsası isə müəllimlərin dərsin tədrisinə böyük maraq göstərməsi, təlimin təşkilinə innovativ yanaşaraq dərsləri elektron formada keçməyə səy göstərməsidir. Hər bir f'ənn müəllimi   mövcud elektron dərsliklər, tədris vəsaitləri ilə kifayətlənməyərək fəal yaradıcılıq axtarışlarına qoşulmalı və özləri də vəsaitlər hazırlayıb tətbiq etməlidirlər. Şagirdlərin müxtəlif mövzularda elektron layihələr hazırlayıb təqdim etmələri, müəllimlərlə şagirdlərin birgə innovativ axtarışlarının nəticəsi kimi diqqəti cəlb edir. Şagirdlər İKT -nin müasir cəmiyyətdə rolunu və əhəmiyyətini lazımi səviyyədə dərk edərək onun sirlərini dərindən öyrənməyə çalışırlar. Kimya dərslərində müxtəlif təcrübələrin nümayişinə, mövzu ilə bağlı praktik işlərin şagirdlər tərəfindən yerinə yetirilməsinə ciddi fikir verilməlidir. Nəticədə şagirdlərdə informasiyalaşmış cəmiyyətin tələblərinə uyğun zəruri məlumatlarla işləmə bacarıqları, kompüterdə daha populyar olan proqram vasitələrindən istifadə vərdişləri formalaşdırılır. Şagirdlər kompüterdə sərbəst yazmağı bacarır, müəllimlər tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirə bilirlər.

Kimya dərslərində İKT-dən istifadə - yeni  dərslərin izahında təqdimatlardan bəhrələnərək motivasiyanı daha maraqlı qurmaq, dərsin müəyyən mərhələlərində elektron dərsliklərdən istifadə etmək imkanı verir,  praktiki və laboratoriya işlərinin daha maraqlı aparılmasına şərait yaradır.

İKT-dən istifadə eyni zamanda əyani vəsaitlərin hazırlanmasına, nümayişin təşkilinə, yoxlama testlərinin keçirilməsinə, kimyaçı alimlər haqqında məlumatların əldə olunmasına çox kömək edir.

Müasir dövrümüzdə şagirdlərin İnternetdən istifadə etməsi, təfəkkürü inkişaf etdirən düşündürücü suallarla işləməsi daha maraqlı olur. Hər bir dərsi müasir tələblərə cavab verən səviyyədə qurmağa çalışmaq lazımdır. Belə ki, dərsin mövzusundan asılı olaraq kartoçkalar, didaktik materiallar, tədqiqat sualları, tapşırıqlar, yoxlama testləri hazırlanmalıdır. Hər bir dərs mövzunun tələbinə uyğun qurulmalıdır ki, şagirdlər fəal olmağa, düşünməyə, suallar qoyub ona cavab tapmağa və nəticə çıxarmağa cəlb edilə bilsinlər. İKT vasitəsi ilə kimya dərsində əyani vasitələrin ekranda nümayişindən, elektron dərsliklərdən və hər hansı bir şəkli İnternetdən tapıb istifadə etmək olar. Məsələn, atom və molekullar haqqında məlumat verdikdə atomların görüntüləri və hərəkətləri şagirdlər üçün maraq doğurur.

Təqdimatlardan istifadə edərək, motivasiyanı maraqlı qurmaq üçün şəkillərdən əlavə qısametrajlı filmlərdən fraqmentlər də verilə bilər. Məsələn, "Avaqadro qanunu",  "Qazların molyar həcmi" mövzusunu keçdikdə Avaqadro haqqında məlumatlar, onun apardığı təcrübələri  film vasitəsilə nümayiş etdirmək dərsi daha maraqlı edər. "Atomlar və molekullar" mövzusunu izah edərkən atomların və molekulların  parçalanması və çevrilmələrin modellərini göstərmək daha yaddaqalandır. Fizika fənni ilə fənlərarası əlaqə yaratmaq, atom nüvəsinin özünün də mürəkkəb olub proton və neytron adlanan hissəciklərdən təşkil olunması şagirdlərin yadına salınır.

Lövhənin interaktiv lövhəyə çevrilməsi üsulundan müxtəlif tapşırıqların cədvəllər, sxemlər əsasında verilməsi zamanı istifadə olunur. Məsələn:

- hidrogen və onun birləşmələrinə dair sxemin araşdırılması;

- sxem üzrə sorğu;

- praktik iş, çalışma və məsələ həlli.

Hidrogenlə bağlı lazım olan bütün nəzəri, praktik iş, çalışma və məsələləri aşağıdakı plan əsasında izah etmək məqsədəuyğundur:

- hidrogen bir element kimi;

- hidrogen bir maddə kimi;

- hidrogen birləşmələri haqqında məlumat.

Bu zaman aşağıdakı məsələlərə xüsusi diqqət yetirilməlidir:

1. Hidrogen və hidrogen birləşmələri

a) fiziki və kimyəvi xassələri  (laboratoriya məşğələləri)

b) reduksiyaedici kimi

2.  Hidrogen və onun birləşmələrinin tətbiq sahələrindən

(gübrələrin istehsalı, metalların reduksiya edilməsi, hidrogen-xloridin  sintezi, xlorid turşusunun alınması, metil spirtinin alınması, metalların kəsilməsi və qaynaq edilməsi, bitki yağlarının bərk yağlara çevrilməsi, ammonyakın sintezi, nitrat turşusunun istehsalı və mühərriklərdə yanacaqlar) ibarət hidrogen mövzusuna aid proqram sxem hazırlanır və dərsin izahı qurtardıqdan sonra şagirdlərə təqdim olunur. Suallar qoyulur, şagirdlərin verdikləri düz və ya səhv cavablar yoxlanılır.

Kompüterdə test verilir, şagird sualları cavablandırılır və qiymətləndirilir. Şagirdlərə verilən bəzi mövzularla əlaqədar təqdimatların hazırlanması diskussiya tipli dərslərdə istifadə edilir.

Göründüyü kimi, İKT-dən istifadə kimya dərslərinin daha maraqlı və keyfiyyətli keçməsinə kömək edir. 

Ətrabə ƏLİYEVA,
18 nömrəli Bakı Peşə Liseyinin kimya müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov