Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

3 Fevral 2012 - №5

 

Türkiyənin Naxçıvan Dövlət Universitetinə kitab ərməğanı

 

Türkiyə Cümhuriyyətinin dövlət və akademik qurumlarının nəşriyyatları tərəfindən çap olunmuş kitablar dəsti Naxçıvan Dövlət Universitetinin kitabxanasına və universitetdəki Atatürk Mərkəzinə hədiyyə edilmişdir. Bu kitablar arasında ensiklopedik nəşrlər üstünlük təşkil edir. Türk dünyası ədəbiyyatları, ədəbiyyatçıları ensiklopediyası, Ədəbiyyat mətnləri antologiyası, Türk dünyası ədəbiyyat və mədəniyyət xadimləri ensiklopediyası, İstanbul ensiklopediyası kimi nəşrlər zəngin informasiya bazası olan əhəmiyyətli kitablardır. Məşhur  səyyah Övliya Çələbinin "Səyahətnamə" əsərinin səkkiz cildliyi, Dədə Qorqud dastanlarına, Kudatku bilik abidəsinə həsr edilmiş kitablar nadir nəşrlər seriyasına daxildir.

Təqdim olunan kitablar arasında Azərbaycana aid nəşrlər də mühüm yer tutur. Türkiyə Cümhuriyyəti Başbakanlıq Dövlət Arxivlər Baş İdarəsinin 2011-ci ildə çap etdirdiyi "Osmanlı arxiv bəlgələrində Naxçıvan" kitabı Naxçıvan tarixini öyrənmək istəyənlər üçün faydalı mənbədir. Bundan başqa, Azərbaycan şeir və hekayə antologiyaları, xalq yazıçısı Anar haqqında monoqrafiya, görkəmli ədəbiyyatşünas Yaşar Qarayevin "Azərbaycan ədəbiyyatına dair tədqiqlər" əsəri və sair kitablarda milli ədəbiyyatımızın və mədəniyyətimizin tarixi ənənələri öz əksini tapmışdır.

Naxçıvan Dövlət Universitetinə hədiyyə olunmuş kitablardan lüğətlər və turizm üzrə tanıtma kitabları da müəllimlər və tələbələr üçün maraqlı olacaqdır.

Kitabları Naxçıvan Dövlət Universitetinə Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş konsulu Denk Ünal təqdim etmişdir.  

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov