Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

3 Fevral 2012 - №5

 

Görkəmli alimə həsr edilən "dəyirmi masa"

 

Azərbaycanın Milli Qəhrəmanı, şəhid  E.Tağızadənin adını daşıyan  Bakıdakı 164 nömrəli  tam orta məktəbdə tarix müəllimləri  Nailə Manafova  və Səbinə  Şahmalıyevanın  təşkilatçılığı ilə Sovet İttifaqı Qəhrəmanı, şərqşünas alim, tarixçi, Azərbaycan  EA-nın vitse-prezidenti, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, mərhum  Ziya Bünyadova həsr edilmiş "dəyirmi masa" keçirilib. Müəllimlər çıxış edərək  alimin həyat yolu barədə  tədbir iştirakçılarına  ətraflı məlumat veribər. Məktəbin direktoru Kəmalə Qədirova  isə  çıxışında  Ziya Bünyadovun gözəl tarixçi alim olduğunu, onun Azərbaycanın tarixini gözəl bildiyini, öz çıxışlarında  dəfələrlə saxtakar erməni tarixçilərini qamçıladığını, onların əsassız faktlara söykənən iddialarını ifşa etdiyini  qeyd edib.

Şagirdlərdən  Arif  Mustafayev, Güllü Məmmədova, Xanım Həsənova və başqaları çıxış edərək  görkəmli alimin tarixi axtarışlarından, Azərbaycan xalqı qarşısında  gördüyü işlərdən danışıb.

Sonra şagirdlərin görkəmli  alimə həsr etdikləri  prezentasiyalara baxış keçirilib.          

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov