Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

3 Fevral 2012 - №5

 

"Yer kürəsini tanıyaq, qoruyaq və sevək" mövzusunda sərgi-seminar

 

Yanvarın 24-də Sumqayıt Özəl Türk Liseyində görkəmli alim, akademik Həsən Əlirza oğlu Əliyevin əziz xatirəsinə həsr olunmuş "Yer kürəsini tanıyaq, qoruyaq və sevək" mövzusunda sərgi-seminar keçirilib. Tədbirdə liseyin 7-ci sinif şagirdləri slayd, sərgi və maket kateqoriyalarında müxtəlif mövzulara həsr olunmuş fərdi işlərini nümayiş etdiriblər. Liseyin coğrafiya müəllimi Namiq Ağaməmmədov tədbir iştirakçılarına sərgi-seminarın keçirilməsinin əhəmiyyəti və məqsədi barəsində geniş məlumat verib. 

Sərgi-seminar şagird və müəllimlər tərəfindən böyük maraqla izlənilib. Bəzi şagirdlərin öz işlərini ingilis dilində təqdim etməsi xüsusi ilə təqdirəlayiq hal kimi qiymətləndirilib. Tədbirdə Sumqayıt Şəhər Təhsil Şöbəsi metodkabinetinin müdiri Sabir Məmmədov və Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, eləcə də  ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər. Çıxış edənlər belə tədbirlərin keçirilməsinin şagirdlərin intellektual səviyyələrinin artırılmasında, onlarda özünə inamın aşılanmasında əhəmiyyətli rol oynadığını bildiriblər. Qeyd edilib ki, belə tədbirlərin silsilə şəklində liseydə keçirilməsi burada təlim-tərbiyənin yüksək səviyyədə təşkil olunduğunu bir daha sübut edir. Şagirdlərin əl işlərinin orjinallığı, öz fikirlərini sərbəst şəkildə sərgi iştirakçılarına çatdıra bilmələri isə təqdirəlayiqdir.    

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov