Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

3 Fevral 2012 - №5

 

Kitabın təqdimat mərasimi keçirildi

 

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Təhsil Şurasının təşəbbüsü və təşkilatçılığı  ilə  ADPU-nun pedaqoji fakültəsinin dekanı,  pedaqoji elmlər doktoru, professor  Fərrux Rüstəmovun 50 illik yubileyinə həsr olunmuş "Professor Fərrux Rüstəmov-50" adlı kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə alimin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi.

Təqdimat mərasimində professor Əjdər Ağayev çıxış edərək qeyd etdi  ki, bu  kitabda tanınmış pedaqoq-alim, ADPU-nun pedaqoji fakültəsinin dekanı, ibtidai təhsilin pedaqogikası kafedrasının və "Pedaqoji təhsilin problemləri" elmi- tədqiqat laboratoriyasının müdiri, akademik M.Mehdizadə və "Gənc alimlər" mükafatları laureatı, pedaqoji elmlər doktoru, professor, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki Fərrux Rüstəmovun 50 illik ömür yolundan, elmi- pedaqoji fəaliyyətindən bəhs olunur, onun haqqında həmkarlarının, iş yoldaşlarının, dostlarının, əzizlərinin düşüncələri və  arzuları verilib.

Kitaba həmçinin professor Fərrux Rüstəmovun həyatı və elmi-pedaqoji fəaliyyətinin xronologiyası və  əsərlərinin biblioqrafiyası da daxil edilmişdir.

Professor Əjdər Ağayev onu da əlavə etdi ki, "Professor Fərrux Rüstəmov-50" kitabının müəllifi Fərrux Rüstəmov mükəmməl pedaqogika tarixçisidir. O, Əhməd Seyidov, Mehdi Mehdizadə, Mərdan Muradxanov, Hüseyn Əhmədov məktəbinin ənənələrini yaşadaraq və müasirlik düşüncəsi ilə onları inkişaf etdirərək, məzmununu, elmi əhatə dairəsini genişləndirərək sanballı bir mövqeyə nail olmuşdur. Alimin pedaqogika tarixi üzrə tədris kompleksini - proqram, dərslik, dərs vəsaiti, metodik vəsaitlər hazırlaması da praktikyönümlü dəyərli xidmətlərindəndir.   

Təqdimat mərasimində  ADPU-nun professorlarından Malik Cəbrayılov, Əmrulla Paşayev, Oktay Sultanov və digər çıxış edənlər də "Professor Fərrux Rüstəmov-50" kitabında verilən  müəllifin 50 illik ömür yolundan, elmi-pedaqoji yaradıcılığından söz açaraq ona uğurlar arzuladılar.   

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov