Redaktorun seçimi

78 yaşlı tələbə: “Oxumağın yaşı yoxdur” – Ordubaddan REPORTAJ

Gələcəyin ağıllı təhsilinin inkişafını sürətləndirməliyik - Çin təcrübəsi

Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağ Universitetində olub
.jpeg)
Üç ölkədə təhsil təcrübəsi – “Uğurun sirri öz potensialını kəşf etməkdir”

ADPU-da yeni oxu zalı yaradılıb

SABAH məzunu Avropanın nüfuzlu universitetlərinin birgə doktorantura proqramına qəbul olub

Corc Vaşinqton Universitetinin professoru ADNSU tələbələrinə seminar keçib

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır

Bağçalara müdir vəzifəsinə işə qəbulun nəticələri AÇIQLANDI

Laborant vəzifəsinə işə qəbul elan olunur

78 yaşlı tələbə: “Oxumağın yaşı yoxdur” – Ordubaddan REPORTAJ
Pedaqoji yazılar

Təhsilə baxış 2025

Valideyn–uşaq kommunikasiyasını təkmilləşdirmək üçün alət: “Chat2Learn”

Süni intellekt və təhsildə hüquqların qorunması

Beynəlxalq Təhsil İcmalı – Sentyabr 2025

Təhsilə sərmayə qoyuluşu 2025
Avropa Komissiyası tərəfindən “Təhsilə sərmayə qoyuluşu 2025” adlı hesabat hazırlanıb.“Azərbaycan müəllimi” xəbər verir ki, Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin sentyabr sayında hesabatdan çıxarışlara yer verilib. Hesabatda “Təhsil” gəlir gətirən strateji sərmayə kimi adlandırılıb. Hesabat göstərir ki, təhsilə yönəlmiş ağıllı sərmayələr təkcə fərdi gəlirləri artırmaqla kifayətlənmir, həm də dövlətlərin uzunmüddətli iqtisadi artımına, sosial ədalətə və demoqrafik davamlılığa birbaşa təsir edir. 2023-cü ilin məlumatına əsasən, Avropa İttifaqına (Aİ) üzv olan ölkələr təhsilə ortalama olaraq ÜDM-in 4.7%-ni və ümumi dövlət xərclərinin 9.6%-ni ayırıb ki, bu da təxminən 806 milyard avro deməkdir. Pandemiya sonrası bu müsbət bir artım olsa da, hələ də pandemiyadan əvvəlki səviyyəyə çatmayıb. Təhsil sahəsində irəliləyişlər müşahidə olunsa da, struktur problemlər: müəllim çatışmazlığı, sosial-iqtisadi bərabərsizlik, aşağı nəticələr və texnologiyanın yayındırıcı təsiri hələ də davam etməkdədir.Hesabatda qeyd olunur ki, təhsilə yönələn sərmayələrin əksəriyyəti məktəblərə yönəlməkdədir. Belə ki, 2023-cü ildə Avropa İttifaqına üzv olan ölkələr üzrə təhsil büdcəsinin 70%-dən çoxu məktəb xərclərinə ayrılıb. Bu vəsaitin 62%-i müəllimlərin maaşları və sosial ödəmələrə, 14%-i maddi-texniki təminata (məsələn, tədris resursları, kommunal xidmətlər), yalnız 8%-i isə əsaslı investisiyalara (yəni infrastruktur və texnologiyaya) sərf olunub. Avropa ölkələri arasında təhsilə ayrılan resursların miqdarı baxımından ciddi fərqlər müşahidə olunmaqdadır. Məsələn, İsveç təhsilə ÜDM-in 7.2%-ni ayırarkən, İrlandiyada bu göstərici 2.8%-dir. Buna səbəb isə İrlandiyanın ÜDM və milli gəlir arasında böyük fərqin olması qeyd olunur.Bu hesabatda təhsil yalnız sosial məsuliyyət deyil, həm də iqtisadi strategiya kimi vurğulanır. Məsələn, qeyd olunur ki, Avropada orta hesabla 1 il əlavə təhsil almaq fərdi gəliri 7%-ə qədər artıra bilər. OECD və PISA kimi beynəlxalq qiymətləndirmələrə əsasən, baza bacarıqlarında standartdan kənar artım ölkənin illik ÜDM artımına 1,7–2% həcmində təsir göstərir. Bu o deməkdir ki, yüksək keyfiyyətli təhsil əmək məhsuldarlığını, innovasiyanı və rəqabətqabiliyyətini artırır. Bundan əlavə, pandemiya və iqtisadi böhranlar dövründə daha yüksək təhsilli insanların işsizlik riskləri xeyli az olub ki, bu da təhsilin sosial davamlılığı təmin etməsindəki rolunu göstərir.Lakin təhsil sistemlərində bərabərsizliyin hələ də mövcud olması gələcək nəsillər üçün ədalətsiz şərait yaradır. PISA 2022 nəticələrinə görə, sosial-iqtisadi vəziyyəti aşağı ailələrdən olan şagirdlərin 48%-i riyaziyyatda zəif nəticə göstərir, sosial-iqtisadi vəziyyəti yuxarı ailələrin övladlarında bu göstərici cəmi 11%-dir. “Great Gatsby” əyrisi kimi tanınan model isə gəlir bərabərsizliyi ilə təhsil mobilizasiyası arasında güclü mənfi korrelyasiya olduğunu göstərir. Yəni cəmiyyətlərdə gəlir fərqləri nə qədər çoxdursa, təhsil vasitəsilə sosial yüksəliş imkanları da bir o qədər məhdud olur. Nəticədə cəmiyyətlərin istedad potensialı boşa çıxır, insan kapitalı səmərəsiz şəkildə istifadə olunur və bu, ümumilikdə iqtisadiyyatda məhsuldarlığın azalmasına gətirib çıxarır.Bildirilir ki, demoqrafik dəyişikliklər də Avropa təhsil sistemlərinə təsir göstərməkdədir. Belə ki, 2022-2030-cu illər arasında Aİ-də 3-18 yaşlı əhalinin sayı 3.5% azalacağı güman edilir. Ən çox azalmanın isə İtaliya (13%), Yunanıstan (12%) və İspaniyada (11%) müşahidə olunması gözlənilir. Əhalinin qocalması fonunda təhsil xərcləri üçün siyasi iradə zəifləyə bilər, çünki pensiya və səhiyyə xərcləri artır. Lakin bu tendensiya eyni zamanda fürsət yaradır ki, şagird sayının azalması müəllim başına düşən şagird sayını da azaldaraq daha fərdi və keyfiyyətli tədrisə imkan yaratsın. Bununla yanaşı, bu demoqrafik dəyişikliklər şagird başına ayrılan vəsaitin artması ilə də nəticələnə bilər. Hesabat göstərir ki, yalnız nominal xərclərin sabit qalması belə 2030-cu ilə qədər şagird başına xərcləri orta hesabla 19% artıra bilər.Bu baxımdan "Avropa Bacarıqlar İttifaqı” təşəbbüsü və yeni iqtisadi idarəetmə çərçivəsi ilə ölkələri təhsilə daha çox sərmayə qoymağa təşviq edir. Aİ büdcəsində 2021-2027-ci il ərzində təhsil və bacarıqlar üçün ayrılmış ümumi vəsait 148 milyard avrodur. Bu vəsait Avropa Sosial Fondu+, Erasmus+, Bərpa və Dayanıqlıq Fondu və digər maliyyə alətləri vasitəsilə təhsil sistemlərini rəqəmsal keçidə, bacarıq yenilənməsinə və təhsil mobilliyinə hazırlamaq üçün istifadə olunur. Lakin hesabat açıq şəkildə bildirir ki, Avropa İttifaqı (Aİ) fondu bu sahədə yalnız əlavə dəstək rolunu oynaya bilər. Əsas məsuliyyət hökumətlərin üzərindədir.Həmçinin hesabatda yalnız vəsaitin məbləği deyil, onun necə xərcləndiyinin önəmindən də bəhs olunur. Səmərəlilik və ədalətlilik prinsipləri ön plana çıxır. Bu məqsədlə yaradılmış “Keyfiyyətli Təhsilə və Təlimə Sərmayə üzrə Öyrənmə Laboratoriyası (Learning Lab on Investing in Quality Education and Training)” təşəbbüsü Avropa ölkələrinə təhsil siyasətlərini daha məlumatlı və əsaslı şəkildə planlamaqda yardım edir. Laboratoriya çərçivəsində ölkələrə pulsuz təsir qiymətləndirmə xidmətləri təklif olunur, təlimlər keçirilir və uğurlu təcrübələr paylaşılır. Məsələn, Litvada xüsusi ehtiyaclı şagirdlərin ümumi təhsilə inteqrasiyasının səmərəliliyi bu laboratoriya çərçivəsində qiymətləndirilir.Nəticə etibarilə “Investing in Education 2025” hesabatı bir daha təsdiq edir ki, təhsilə sərmayə qoymaq təkcə bir seçim deyil, strateji zərurətdir. Əgər Avropa iqtisadi artımını davam etdirmək, demoqrafik çağırışlara cavab vermək və sosial bərabərliyi qorumaq istəyirsə təhsil siyasətini mərkəzə qoymalı və bu sahəyə davamlı, keyfiyyətli, ədalətli sərmayə ayırmalıdır. Təhsilə ayırdığımız hər bir avro yalnız bu günün deyil, sabahın rifahı üçün qoyulan ən əhəmiyyətli sərmayədir.Mənbə: European Commission: Directorate-General for Education, Youth, Sport and Culture, Investing in education 2025, Publications Office of the European Union, 2025 https://data.europa.eu/doi/10.2766/3311714
Təhsil TV

Yüklənir
Azərbaycan Tibb Universitetinə qəbul olunsa da, onun seçimi Qarabağ Universiteti oldu 🎓✨
23 sentyabr, 10:05
Yüklənir
❗️🔊 Tələbələr üçün güzəştli gedişhaqqı tətbiq olunacaq
23 sentyabr, 10:02
Yüklənir
📍 Bakı Türk Anadolu Liseyinin yeni binasının açılış mərasimi keçirilib.
23 sentyabr, 10:01
Yüklənir
🔊 Gələcəyin hüquqşünasları #Qarabağ Universitetini seçir
22 sentyabr, 18:37
Yeni tədris ilinin ilk dərsi bu mövzuya həsr olunacaq
Sentyabrın 15-də təxminən 2,2 milyon təhsilalan təhsilin müxtəlif pillələri üzrə yeni tədris ilinə başlayacaq.“Azərbaycan müəllimi” xəbər verir ki, 2025-2026-cı tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1,6 milyon şagirdin təhsil alacağı gözlənilir. Onlardan təxminən 130 mindən çoxu birinci sinif, 160 mini IX sinif, 117 mini isə XI sinifdə təhsil alacaq.Yeni tədris ilində məktəbəhazırlıq qruplarında isə 90 minə yaxın uşağın təhsilə cəlb olunacağı gözlənilir.Bu tədris ilində məktəbəqədər təhsilin 226 min uşağı əhatə edəcəyi proqnozlaşdırılır.Qeyd edək ki, 2025-2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunacaq.Məqsəd şagirdlərdə Azərbaycan Respublikasının Konstitusiyasına, dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət hissinin gücləndirilməsi, Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda xalqımızın qət etdiyi tarixi yol haqqında şagirdlərin biliklərinin artırılmasıdır. Eyni zamanda, dövlət rəmzlərinə, azərbaycançılıq ideologiyasına və milli-mənəvi dəyərlərə sadiqliyin möhkəmləndirilməsi də əsas məqsədlər sırasındadır.

4 universitetə qəbul oldu, amma…

Dərs saatı az olan müəllimlər üçün fürsət - Qeydiyyat başlayır

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

Müəllimlərin məktəbdə yemək yeməsi xəbərdirmi? – ÇAĞIRIŞ

Dövlət Proqramı vakansiya elan edib
Qəzetin PDF arxivi



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.