Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

17 Fevral 2012 - №07

 

Şagirdlərin evdə filtrasiyalı İnternetdən istifadəsi yaxın vaxtlarda reallaşacaq

 

Ölkəmizdə şagirdlərin evdə filtrasiyalı İnternetdən istifadəsi yaxın vaxtlarda reallaşacaqdır.

Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən aldığımız məlumata görə, artıq bu sistemin test yoxlaması başa çatıb. Yaxın vaxtlarda Azərbaycanın bəzi orta məktəblərində təhsil alan şagirdlərin evdə filtrasiyalı İnternetdən istifadə edə bilməsi üçün onlara pulsuz modem paylanacaq.

Modemlər Azərbaycan Təhsil Nazirliyi və "İntel" şirkətinin birgə təşəbbüsü olan "1 şagird - 1 kompüter" layihəsində iştirak edən və pulsuz olaraq netbukla təmin olunan şagirdlərə veriləcək. İndiyədək bu layihə çərçivəsində şagirdlərə 2000 netbuk verilib.

Şagirdlər onlara verilmiş modemlərin köməyi ilə evdə Azərbaycan təhsil şəbəkəsinə daxil olaraq filtrasiyalı İnternetdən istifadə edə biləcəklər. Onlar bu modem vasitəsilə istifadə etdikləri İnternetin haqqını özləri ödəyəcəklər.

İdarədən bildiriblər ki, filtrasiyalı İnternetdən yalnız "1 şagird - 1 kompüter" layihəsinin iştirakçıları olan şagirdlər deyil, digər məktəblilər də istifadə edə biləcəklər. Ancaq bunun üçün həmin şagirdlər modemi öz vəsaitləri hesabına almalıdırlar. Həmin modemlərin satışının da yaxın vaxtlarda təşkil edilməsi nəzərdə tutulub.

Hazırda təhsil müəssisələrinə verilən İnternetdə xüsusi filtrasiya sistemi tətbiq edilir. Buna görə də onlar məktəbdə porno, terror, dini təşviqatlar aparan saytlara daxil ola bilmirlər

YLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov