Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

17 Fevral 2012 - №07

 

Bakı Dövlət Universitetində Rusiya Dövlət Kitabxanasının Virtual Oxu Zalı açılıb

 

Bakı Dövlət Universitetində Rusiya Dövlət Kitabxanasının Virtual Oxu Zalı açılıb. MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun dəstəyi ilə "MDB dövlətlərinin aparıcı ali təhsil məktəblərinin kitabxanalarında və milli kitabxanalarda Rusiya dövlət kitabxanasının dissertasiyaların Elektron kitabxanalarının Virtual Oxu Zalları" layihəsi çərçivəsində açılan Virtual Oxu Zalı BDU-ya Rusiya Dövlət Kitabxanasının dissertasiyalarının Elektron kitabxanasından bir təqvim ili müddətində istifadə etmək imkanı verəcək.   

Virtual Oxu Zalının açılışında iştirak etmək məqsədilə Rusiya Dövlət Kitabxanasının baş direktoru Aleksandr Vislovun başçılıq etdiyi nümayəndə heyəti BDU-da olub. Nümayəndə heyətini qəbul edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov Elektron kitabxanaların yaradılmasının çox vacib məsələ olduğunu qeyd edərək BDU-nun kitabxanaçılıq və informasiya fakültəsində tətbiq olunan yeniliklərdən söhbət açıb.   

Rusiya Dövlət Kitabxanasının baş direktoru A.Vislov, öz növbəsində, Rusiyada da bu problemin çox aktual olduğunu diqqətə çatdırıb və problemin həlli ilə əlaqədar öz təcrübələrini bölüşüb.  

Qeyd edək ki, Virtual Oxu Zalı Rusiya Dövlət Kitabxanasının ölkəmizdə açdığı ikinci zaldır.   

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov