Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

17 Fevral 2012 - №07

 

Minnətdarlıq

Təhsilimizin tarixinə maraqlı baxış nümunəsi

 

Ağsu Rayon Təhsil Şöbəsinin  müdiri Tahir Xasi qəzetimizin ötən saylarının birində dərc olunmuş "Ali təhsil tariximizdən" mövzusunda yazıya görə redaksiyamıza minnətdarlıq məktubu göndərib. Məktubda deyilir:

 Hörmətli  Bayram Hüseynzadə!

Sevimli qəzetimizin - "Azərbaycan müəllimi"nin 3 fevral 2012-ci il tarixli 5-ci nömrəsində dərc edilmiş "Ali təhsil tariximizdən" sərlövhəli yazını və yazıya əlavə edilmiş Azərbaycanda 1920-ci ilədək ali təhsilli mütəxəssislərin siyahısını böyük maraqla oxuduq.  Bu yazı təhsilimizin tarixinə - xüsusən də xalqımız üçün həssas dövrlərdəki tarixinə maraqlı bir baxışdır.

Biz bu siyahıda o vətənpərvər insanlarla qiyabi də olsa tanış olub fəxr edirik. 16 ali təhsilli müəllim siyahısında Qacar soyadlı 4 qadın müəllimin (yeri gəlmişkən onlardan 3-ü bir atanın - Ağa Ələkbərin qızlarıdır) olması xalqımızın təhsilə, elmə olan münasibətinin göstəricisidir. Bu faktlar bizi istəyənləri və istəməyənləri də ciddi düşündürməlidir.

Biz özümüz də tariximizin bu şanlı, insana qürur verən səhifələrini diqqətlə öyrənməli və öyrətməliyik.

Yazını dərc etdiyinizə görə Sizə, bu tarixi sənədləri səbrlə araşdırıb üzə çıxardığına, təhsil tariximizə qayğıkeşliklə və vicdanla yanaşdığına görə yazı müəllifi - Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadəyə rayonumuzun təhsil işçiləri adından minnətdarlığımızı bildiririk.

Ümid edirik ki, bu qəbildən olan yazılar davam edəcək və biz onları toplayıb tədqiqat əsəri kimi yeri gəldikcə işimizdə istifadə edəcəyik.

Hörmətlə:

Tahir XASİ,
Ağsu Rayon Təhsil Şöbəsinin  müdiri

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov