Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

17 Fevral 2012 - №07

 

Ağsuda müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi kursları keçirilir

 

Ağsu Rayon Təhsil Şöbəsinin müdiri  Tahir Xasidən aldığımız məlumatda bildirilir ki, Azərbaycan dövlətinin təhsilə göstərdiyi qayğının ən bariz nümunələrindən biri  "2008-2012-ci illərdə Azərbaycan Respublikasında  təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"dır. Bu çərçivədə həyata keçirilən işlərdən biri  də Təhsil Nazirliyinin tərəfdaşlarından olan "MƏDƏD" təşkilatının həyata keçirdiyi  Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi (MPST) kurslarıdır. Bu kurslar respublikamızın əksər bölgələri ilə yanaşı, Ağsu rayonunda,  1 nömrəli məktəb-liseydə də uğurla həyata keçirilir. Təlimlər 2 nəfər təlimçi ilə 6 gün aparılır. Təlimlərdə 15-20 nəfərlik  qruplar iştirak edir. Müəllimlərin kurslara cəlb edilməsi təhsil şöbəsi tərəfindən tənzimlənir.

Təlim zamanı müəllimlər 5 kompüter proqramı ilə tanış olurlar. Bu isə onların gələcəkdə dərslərini İKT və digər mümkün avadanlıqlarla zənginləşdirmələrinə çox kömək edir. Bununla yanaşı, müəllimlər beynəlxalq aləmdə geniş qəbul olunmuş konstruktivizm nəzəriyyəsi və BLUM  taksonomiyası ilə də tanış olurlar. Müəllimlər bu nəzəriyyələrdən, kompüter proqramından və fəal təlimdən istifadə edərək müasir tələblərə cavab verən dərslər qururlar. Kursun son günü isə müəllimlər imtahandan keçirilir. Onlara sertifikatların verilməsi bu imtahanların nəticələrinə görə müəyyənləşdirilir.

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov