Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Fevral 2012 - №08

 

Təhsil naziri Daşkənddə beynəlxalq konfransda iştirak edib

 

Fevralın 17-də təhsil naziri Misir Mərdanov Özbəkistanın paytaxtı Daşkənd şəhərində "Təhsilli və intellektual inkişaf etmiş nəslin yetişdirilməsi - ölkənin davamlı inkişafı və modernləşdirilməsinin mühüm amili kimi" adlı beynəlxalq konfransda iştirak edib.

Konfransın əsas məqsədi müstəqillik illərində Özbəkistanda təhsil sahəsində əldə olunan nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasından, rəqabət qabiliyyətli, yüksək ixtisaslı kadrların hazırlanmasında dövlətin rolu və  fasiləsiz təhsilin gələcək perspektivlərinin müəyyənləşdirilməsindən ibarət olub.

Konfransda dünyanın 40-dan çox ölkəsindən gəlmiş nümayəndələr, o cümlədən bir sıra ölkələrin təhsil nazirləri, BMT-nin yüksək səlahiyyətli nümayəndəsi, Dünya Bankı, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankının rəhbərləri iştirak ediblər.

Beynəlxalq konfransın plenar iclasını Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov açıb. İslam Kərimov Özbəkistanda təhsil sahəsində əldə olunmuş nailiyyətlər, o cümlədən təhsil islahatları üzrə dövlət proqramının nəticələri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.

Açılış mərasimində daha sonra Asiya İnkişaf Bankının prezidenti Xaruhiko Kurodanın çıxışı dinlənilib. Özbəkistanın Baş nazirinin müavini A.Aripov "Özbəkistanda təhsil sisteminin islahatları və inkişafı" mövzusunda məruzə ilə çıxış edib.

Konfransda çıxış edən BMT baş katibinin müavini Noylin Heyzer, Böyük Britaniyanın Beynəlxalq Vestminister Universitetinin rektoru Cefri Pets, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi, İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli, ABŞ-ın Vebster Universitetinin prorektoru, universitet nəzdində Biznes və Texnologiya Mərkəzinin direktoru Nensi Hellerud, Sinqapur Menecmentin İnkişafı İnstitutunun rektoru Erik Kuan, Yaponiyanın Hosey Universitetinin rektoru Toşio Masuda, Dünya Bankının Avropa və Mərkəzi Asiya dövlətləri ilə qarşılıqlı əlaqələr üzrə direktoru Teodor Alers, Seul Milli Universitetinin rektoru Sin Hanq Qiunun fikirləri də maraqla qarşılanıb.

Sonra konfrans 6 bölmədə işini davam etdirib. Bölmələr  "Məktəb təhsili intellektual inkişaf etmiş nəslin tərbiyəsinin əsası kimi", "Peşə təhsili və müasir əmək bazarının formalaşması", "Ali təhsilin inkişafının prioritetləri və ölkənin modernləşdirilməsində onun rolu", "Müasir informasiya-kommunikasiya texnologiyaları təhsil prosesində", "Təhsil və elm-fasiləsiz əlaqə", "Təhsil və mədəniyyətin inkişafı" mövzularına həsr olunub.

Təhsil naziri Misir Mərdanov konfransda çıxış edib. Nazir çıxışında dünyada təhsilin inkişaf strategiyalarının işlənməsi təcrübəsi, Azərbaycanda ölkə Prezidentinin sərəncamı ilə hazırlanmaqda olan "Azərbaycan-2020: gələcəyə baxış" Konsepsiyası və onun tərkib hissəsi olan təhsil strategiyası, eləcə də son illərdə aparılan təhsil islahatları və əldə olunmuş nailiyyətlər barədə məlumat verib.

Konfrans zamanı Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Özbəkistanın ali və orta ixtisas təhsili naziri Bahodir Xodiyev, xalq təhsili naziri Temir Şirinov, Qırğızıstanın təhsil naziri Nuriddin Saidov, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və digər şəxslərlə görüşüb, təhsilin inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparıblar.

Konfransdan sonra təhsil naziri Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib, mərkəzin nəzdində fəaliyyət göstərən Azərbaycan tarixi və Heydər Əliyev muzeyləri ilə tanış olub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov