Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Fevral 2012 - №08

 

"Ən yaxşı müəllim" müsabiqəsinin növbəti mərhələsində iştirak etmək hüququ qazanmış müəllimlərin bir qrupu ilə görüş

 

Fevralın 21-də Təhsil Nazirliyində "Ən yaxşı müəllim" müsabiqəsinin növbəti mərhələsində iştirak etmək hüququ qazanmış müəllimlərin bir qrupu ilə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov müsabiqənin növbəti mərhələlərində iştirak edəcək müəllimləri təbrik edib və onlara uğurlar arzulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 2007-ci il 4 sentyabr tarixli sərəncamına əsasən, artıq beşinci ildir ki, müvafiq müsabiqələrin keçirildiyini vurğulayan nazir maddi stimullaşdırma ilə müşayiət olunan bu müsabiqənin əsas məqsədinin ən yaxşı müəllimlərin üzə çıxarılması olduğunu bildirib.

Təhsil naziri bu il "Ən yaxşı müəllim" müsabiqəsinə 456 nəfərin sənəd verdiyini, onlardan 229 müəllimin II və III mərhələdə iştirak etmək hüququ qazandığını bildirib. İştirakçıların sayına görə ibtidai sinif (67 nəfər), Azərbaycan dili və ədəbiyyat (35 nəfər) müəllimlərinin üstünlük təşkil etdiyini söyləyən Misir Mərdanov müsabiqə iştirakçılarının sınaq dərslərinin təşkil olunacağı məktəblərdə müvafiq şəraitin yaradılacağını vurğulayıb.

Nazir dərs mövzusunun müəyyənləşdirilməsi qaydaları haqda məlumat verib, dərslərin 12 meyar üzrə qiymətləndiriləcəyini, bir müəllimə digərinin dərsində iştirak etmək imkanının veriləcəyini diqqətə çatdırıb. Əvvəlki illərdən fərqli olaraq, iştirakçıların sayı çox olan fənlər üzrə bir ekspert komissiyasının təşkil edildiyini söyləyən təhsil naziri bunun müəllimlərin şəffaf seçimi baxımından daha səmərəli üsul olduğunu vurğulayıb.

Təhsil naziri deyib ki, bütün sınaq dərslərinin videoçəkilişi aparılacaq və ekspert komissiyası dərsin təhlilindən sonra iştirakçıları eyni yanaşma və kollegial müzakirənin nəticələrinə əsasən qiymətləndirəcək. Qiymətləndirmənin nəticəsindən narazı qalanlara 3 gün müddətinə nazirliyə ərizə ilə müraciət etmək imkanı veriləcəyini nəzərə çatdıran Misir Mərdanov müəllimlərin bu mərhələyə də məsuliyyətlə hazırlaşmalarının əhəmiyyətindən söhbət açıb. Nazir onu da qeyd edib ki, II mərhələ başa çatdıqdan sonra hər bir müəllim müəyyən olunmuş vaxtda Təşkilat Komitəsinin iclasında fəaliyyətinin əsas istiqamətlərini, uğurlarını, təkliflərini əks etdirən 10 dəqiqəlik təqdimatla çıxış edəcək və hər bir mərhələnin nəticələrinə əsasən, iştirakçı müəllimlərin yekun balı müəyyən olunacaq.

Sonra sınaq dərsləri dinləniləcək müəllimləri maraqlandıran suallar cavablandırılıb, bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov