Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Fevral 2012 - №08

 

BDU-da alman alimi Heiko Krügerin "Dağlıq Qarabağ konflikti - hüquqi araşdırmalar" kitabının təqdimatı keçirilib

 

Bakı Dövlət Universitetində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş tədbir və alman alimi Heiko Krügerin "Dağlıq Qarabağ konflikti - hüquqi araşdırmalar" kitabının BDU-nun təşəbbüsü ilə ingilis dilindən rus dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov ən qəddar və amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında danışıb. Bildirib ki, Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Rektor qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı, bütövlükdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırmışlar. Bu gün bu siyasət Prezident İlham Əliyev, Heydər Əliyev Fondu, Fondun Rusiya nümayəndəliyi tərəfindən həyata keçirilir. Aparıcı dövlətlərin ikili standartlarından söhbət açan, Fransa Senatının antidemokratik qərarını xatırladan rektor alman alimi Heiko Krügerin "Dağlıq Qarabağ konflikti - hüquqi araşdırmalar" kitabına da toxunub. Deyib ki, xarici alimlər öz siyasətçilərindən fərqli olaraq, tarixi hadisələrə daha obyektiv yanaşırlar. Təqdimatı keçirilən kitab buna nümunədir.

Sonra tarix fakültəsinin dosenti Boran Əzizin "Xocalı - XX əsrin faciəsi", hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin "Heiko Krüger və onun Dağlıq Qarabağ münaqişəsi haqqında hüquqi araşdırmaları" mövzusunda məruzələri dinlənilib.

 Tədbirin sonunda Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndəsi Halis Koyuncuoğlu və millət vəkili Gülər Əhmədova çıxış ediblər.  

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov