Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Fevral 2012 - №08

 

Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 1441 müraciət daxil olub

 

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefon: 146; elektron poçt ünvanı: [email protected]) 2012-ci ilin yanvarında 1441 müraciət daxil olub. Müraciətlərin 1300-ü telefonla, 141-i elektron poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər dinlənilib, qeydə alınıb, araşdırılıb və cavablandırılıb.

Müraciətlərin böyük bir qismi sorğu və məlumat xarakterlidir. Sorğular ümumtəhsil məktəblərinin IX və XI siniflərində sınaq imtahanları, müəllimlərin işə qəbulu, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, xaricdə təhsil, təhsil sənədlərinin tanınması, xaricdə təhsil alan tələbələrin ölkəmizin təhsil müəssisələrinə köçürülməsi, təhsil müəssisələrində adambaşına maliyyələşmə mexanizminin tətbiqi, özəl ali təhsil müəssisələrində tələbələrin biliyinin kredit sistemi üzrə qiymətləndirilməsi, ali və orta ixtisas təhsili müəssisələrində sessiya imtahanlarının təşkili formaları, dövlət vəsaiti hesabına təhsil alan tələbələrin təqaüdlə təmin olunması qaydaları, məktəbli geyimi, pedaqoji işçilərin dərs yükü ilə təminatı, müəllimlərin əməkhaqqının hesablanması, təhsil sənədlərinin verilməsi və digər məsələlərlə bağlı olub.

Şikayət xarakterli müraciətlərin ümumi sayı 71 olub. Həmin müraciətlər ümumi təhsil, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərlə əlaqədardır.

Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələri ilə bağlı 39 şikayət daxil olub. Belə ki, ötən ay "Qaynar xətt" xidmətinə Bakı (14), Gəncə (3), Sumqayıt (1) və Şirvan (1) şəhərlərindən, Abşeron, Ağdam, Cəlilabad, Ağcabədi, Şəki rayonlarından 2, Göygöl, Şəmkir, Yardımlı, Lənkəran, Samux, Şamaxı, İmişli, Tovuz, Biləsuvar, Bərdə rayonlarının hər birindən 1 şikayət daxil olub. Həmin şikayətlərin əksəriyyətində tədris müəssisələrinin istilik sistemlərindəki problemlər, məktəblərdə texniki avadanlıqlar üçün pul yığılması və digər bu kimi məsələlər öz əksini tapıb.

Təhsil Nazirliyinin "Ali və orta ixtisas təhsili müəssisələrində 2011-2012-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında" əmrinin icrası ilə bağlı "Qaynar xətt" xidmətinə daxil olan müraciətlərin operativ şəkildə araşdırılması təmin olunub. Həmin müraciətlərin araşdırılması ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməyə, yarana biləcək neqativ halları aradan qaldırmağa və digər müvafiq tədbirlərin həyata keçirilməsinə kömək edib.

2011-2012-ci dərs ilinin qış imtahan sessiyası dövründə "Qaynar xətt" xidmətinə ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan 200-dən artıq müraciətin çoxu sorğu xarakterlidir. Şikayət və nöqsanlardan bəhs edilən 32 müraciətdən 22-si  dövlət, 4-ü özəl ali, 6-sı orta ixtisas təhsili müəssisələri ilə əlaqədardır.

Ali təhsil müəssisələrindən daxil olan müraciətlər semestr imtahanlarının yazılı və test üsulu ilə keçirilməsi, imtahanlarda Boloniya sisteminin tətbiqi, pedaqoji və istehsalat təcrübəsinin təşkili, magistratura təhsili, tələbələrin imtahanlara buraxılması, təhsil haqqının ödənilməsi, özəl ali təhsil müəssisələrində tələbələrə təqaüdlərin verilməsi qaydaları və digər mövzuları əhatə edib. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya İnstitutu, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti,  Sumqayıt Dövlət Universiteti və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələr daha çox aldıqları qiymətlərdən narazılıqlarını bildirib, qiymətlərinin apelyasiya qaydasında yüksəldilməsinə köməklik göstərilməsini xahiş ediblər. Bununla əlaqədar Təhsil Nazirliyinin əməkdaşları qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə müraciət daxil olmuş ali təhsil müəssisələrində müvafiq araşdırmalar aparıb və həmin tələbələrin biliyinin imtahanda göstərdikləri nəticələrə əsasən obyektiv qiymətləndirilməsi təmin olunub.

Özəl ali təhsil müəssisələri ilə əlaqədar müraciətlər Təfəkkür və Bakı Asiya universitetləri ilə bağlı olub. Həmin müraciətlərdə qaldırılan məsələlər adı qeyd edilən təhsil müəssisələrində şikayətçi şəxslərin iştirakı ilə araşdırılıb.

Orta ixtisas təhsili müəssisələri ilə bağlı Azərbaycan Maliyyə-İqtisad,   Bakı Dövlət Sosial-İqtisad, Bakı Texniki, Ağcabədi Pedaqoji və 2 nömrəli Bakı Baza Tibb kolleclərindən müraciətlər daxil olub. Həmin müraciətlərdə imtahanlarda verilmiş qiymətlərdən narazılıq və digər məsələlər əks olunub. Müvafiq qaydada araşdırmalar aparıldıqdan sonra bu barədə müraciət müəlliflərinə məlumat verilib.

Müraciətlər üzrə aparılmış araşdırmalarla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün bütün struktur bölmələrə məlumatlar verilib, gələcəkdə belə nöqsanların qarşısının alınması tövsiyə olunub.

Yanvar ayında "Qaynar xətt" xidmətinə daxil olan müraciətlər və onların araşdırılması barədə məlumat və şərhlər AzTV-nin "Xəbərlər" proqramı (11.01.2012-ci il), Azərbaycan Dövlət radiosu (09.02.2012-ci il), "Azadlıq" radiosu (03.02.2012-ci il), "Kaspi", "Üç nöqtə", "Mərkəz" qəzetləri və digər KİV-lərlə ictimaiyyətin diqqətinə çatdırılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov