Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Fevral 2012 - №08

 

"Qələbəyə doğru irəli" mövzusunda ədəbi-bədii gecə

 

Fevralın 23-də Rəşid Behbudov adına Mahnı Teatrında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş "Qələbəyə doğru irəli" mövzusunda ədəbi-bədii gecə keçirildi. Qeyd edək ki, BŞTİ-nin müdiri Nailə Rzaquliyevanın imzaladığı müvafiq əmrə əsasən paytaxtın təhsil ocaqlarında Xocalı soyqırımının 20-ci ildönümü qeyd olunur. Tədbirlər planına əsasən ümumtəhsil müəssisələrində mühazirələr, bədii qiraət saatları təşkil olunur, tədris ocaqlarının İnternet saytlarına Xocalı soyqırımını əks etdirən materiallar yerləşdirilir, fotostendlər, guşələr hazırlanır, rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar keçirilir, divar qəzetləri tərtib edilir, sənədli və bədii filmlər nümayiş etdirilir. Tədbirdə BŞTİ-nin və paytaxtın bir çox ümumtəhsil məktəblərinin nümayəndələri, Xocalı sakinləri və digər şəxslər iştirak edirdilər.

Öncə iştirakçılara Xocalı haqqında film və klip nümayiş etdirildi. Sonra Bakı məktəblilərinin ifasında şeirlər söylənildi, pantomim rəqslər göstərildi. Xocalıda erməni vəhşiliyinə məruz qalan və öz kiçik qızını itirən ananın "Turacım" deyərək fəryad etməsi və Milli Qəhrəman Əlif Hacıyev haqqında göstərilən səhnəciklər iştirakçılara kədərli anlar yaşatdı.

Tədbirdə çıxış edən Xocalı sakini və həmin hadisələrin canlı şahidi Murad Şükürov erməni vandallarının vəhşiliklərindən söz açdı. Bildirdi ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır. Xocalıda dinc əhaliyə qarşı törədilən misli görünməmiş vəhşiliyin hec vaxt qan yaddaşımızdan silinməyəcəyini bildirən M.Şükürov qeyd etdi ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsdiq olundu.Ulu öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ümummilli lider hər il faciənin ildönümündə Xocalı soyqırımı ilə bağlı xalqa müraciət etmiş, faciənin bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini vurğulamışdır. Bu gün ulu öndərin siyasi kursu ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Xocalı soyqırımının dəhşətlərinin dünya ölkələrinə çatdırılması istiqamətində ardıcıl işlər görülür. Biz inanırıq ki, haqq səsimizi dünya ictimaiyyəti eşidəcək və faciəyə öz hüquqi qiymətini verəcək. 

Niyazi RƏHİMOV 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov