Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Fevral 2012 - №08

 

Bəşər tarixində misli görünməmiş vəhşilik aktı

 

Fevralın 21-də AMİ-də professor - müəllim heyəti və tələbələrin iştirakı ilə  Xocalı soyqırımının iyirminci ildönümü ilə əlaqədar anım mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə institutun rektoru, millət vəkili, professor Aqiyə Naxçıvanlı açdı və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Aqiyə xanım Xocalı faciəsindən danışaraq bildirdi ki, ümummilli lider Heydər Əliyev Xocalı soyqırımına münasibətini belə bildirmişdir: "1992-ci il fevralm 26-da Xocalı şəhərində dünyada misli görünməyən dəhşətli bir vəhşiliyin şahidi olduq. Erməni hərbi quldurları aylarla tam mühasirədə saxlanan Xocalı şəhərini yerlə yeksan etdilər. Köməksiz mülki əhali azğın bir amansızlıqla qətlə yetirildi. Südəmər körpələrə, əlsiz-ayaqsız qocalara, qadınlara, uşaqlara belə aman verilmədi. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı, qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".

Yalnız böyük dövlət xadimi Heydər Əliyevin tələbi ilə Azərbaycan parlamenti 1995-ci il fevralın 24-də Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi. Dünyanın müxtəlif ölkələrinin parlamentlərinə, beynəlxalq təşkilatlara müraciətlər göndərildi.

Sonra institutun ictimai fənlər kafedrasının müdiri, professor Qafar Cəbiyev, millət vəkili Flora Qasımova, AMİ-nin ictimai fənlər kafedrasının müəllimi Namiq Əliyev, ixtisasartırma və yenidənhazırlanma fakültəsinin dekanı, dosent Telman Haqverdiyev, II kurs tələbəsi Nərmin Ərəbli Xocali şəhərinin qədim tarixindən və soyqırımının dəhşətlərindən danışdılar.

Tədbirin sonunda IV kurs tələbəsi Türkan Abdullayeva Xocalı soyqırımına həsr edilmiş şeir söylədi.

İnstitutun III kurs tələbəsi Nərmin Əliyevanın Xocalı faciəsinə həsr etdiyi rəsm əsəri faciənin dəhşətlərini əks etdirirdi.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov