Naxçıvan Müəllimlər İnstitutunda Xocalı faciəsinin 20-ci
ildönümü ilə bağlı elmi-praktik konfrans keçirilmişdir.
Tədbirdə çıxış edən institutun rektoru, professor Oruc
Həsənli 1992-ci ildə Xocalıda baş verən qanlı
hadisələri o zamankı Azərbaycan rəhbərliyinin yarıtmaz
fəaliyyətinin nəticəsi kimi dəyərləndirmiş, bu faciəyə
hüquqi qiymətin ümummilli lider Heydər Əliyevin
rəhbərliyə gəlişindən sonra verildiyini bildirmişdir. "Xocalı
soyqırımı bütün dünyada törədilmiş insanlığa qarşı ən
dəhşətli faciədir" deyən natiq onu da qeyd edib ki,
bütün bu hadisələr əslində bizi sarsıtsa da, xalqımızı
daha da güclənməyə, hər zaman mübariz, vətənpərvər
olmağa səsləyir.
Humanitar və təsviri incəsənət kafedrasının baş müəllimi
Ələkbər Cabbarlı, institutun III kurs tələbəsi Təbriz
Əliyev çıxış etmişlər. Çıxışlarda belə bir inam ifadə
olunmuşdur ki, ulu öndərimizin siyasi kursunu uğurla
davam etdirən ölkə başçısı İlham Əliyevin uğurlu
siyasəti nəticəsində Azərbaycanın işğal olunmuş
torpaqları azad ediləcək, minlərlə qaçqın soydaşımız
kimi xocalılar da öz doğma yurdlarına qayıdacaqlar.
Sonda tələbələr Xocalıya həsr olunmuş şeirləri bədii
qiraət etmişlər.
Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti
|